Xəbərlər / Müəllim
09 aprel 2021
538

Təltif olunan müəllimlərlə görüş keçirilib

Təltif olunan müəllimlərlə görüş keçirilib

 

"Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə təltif olununan müəllimlərlə görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və təltif olunan müəllimlər iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan müəllimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Mövcud vəziyyətdə ənənəvi tədrisin əvəz olunması üçün distant təhsilin təqdim olunan ən səmərəli həll variantı olduğunu deyən Mehriban Vəliyeva şagirdlərin təhsildən kənar qalmaması üçün göstərdikləri əməyə görə fədakar müəllimlərə bir daha öz təşəkkürünü bildirib.
İdarə müdiri qeyd edib ki, hazırda ölkə üzrə 62 təhsil meneceri "Virtual məktəb” üzrə fəaliyyət göstərir. Bunun çox böyük bir məsuliyyət olduğunu bildirən M.Vəliyeva müəllimlərimizin öz işinə peşəkarlıqla yanaşmaları sayəsində bu işin öhdəsindən layiqincə gələ bildiklərini söyləyib.

Daha sonra görüşdə iştirak edən müəllimlər göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də təhsilin inkişafı, şagirdlərin təhsildən qalmaması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

 Qeyd edək ki, "Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə 53 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səidə Abudova, 86 nömrəli tam orta məktəbin informatika müəllimi Lalə Abudova, 204 nömrəli tam orta məktəbin kimya müəllimi Şəbnəm Kərimli, 298 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, kimya müəllimi Mahirə Nuriyeva, 267 nömrəli tam orta məktəbin informatika müəllimi Sənubər Məmmədova, 245 nömrəli tam orta məktəbin biologiya müəllimi Rufana Məmmədova, 214 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əsmər Kərimova, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Kərimova, 121 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Nəcəfzadə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə”yə layiq görülüblər.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

BŞTİ tərəfindən keçirilən müsabiqəyə yekun vurulub

BŞTİ tərəfindən keçirilən müsabiqəyə yekun vurulub

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

31 Mart Soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Məktəb direktorları təltif olunub

Məktəb direktorları təltif olunub

Azərbaycanda orta məktəb niyə bağlandı?

Azərbaycanda orta məktəb niyə bağlandı?

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

Məktəblilər böyük səhnədə çıxış edib

Məktəblilər böyük səhnədə çıxış edib

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Daha beş məktəb koronavirusa görə bağlandı

Daha beş məktəb koronavirusa görə bağlandı

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Müsabiqəyə yekun vurulub

Müsabiqəyə yekun vurulub

Nazir müavini Şamaxı şəhərində

Nazir müavini Şamaxı şəhərində

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTO

Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTO

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda