AzTehsil.com


Xəbərlər
25 oktyabr 2019
1 396


Məktəblilər böyük səhnədə çıxış edib



Məktəblilər böyük səhnədə çıxış edib

 

Paytaxt məktəbliləri "İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində "Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış tamaşanı nümayiş etdiriblər.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunan tamaşada Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, İtalyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verib. Bildirib ki, tamaşanın ərsəyə gəlməsində, şagirdlərin italyan dilində təqdimat bacarıqlarının təkmilləşdirilməsində, bu dildə ünsiyyət, eləcə də aktyorluq bacarıqlarının formalaşdırılmasında İtaliyadan ölkəmizə gələn aktyor və rejissorlar xüsusi rol oynayıb.

Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirib. Bildirib ki, proqram çərçivəsində İtaliya Respublikasının mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi Azərbaycan-İtaliya məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verir.

M.Vəliyeva İtaliyanın Azərbaycandakı Səfirliyi və 158 nömrəli tam orta məktəb arasında mövcud əməkdaşlığın davamı olaraq, 2019-2020-ci tədris ilində məktəbin V siniflərində italyan dilinin ikinci xarici dil kimi tədrisinə başlanılması barədə danışıb.

Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib.

Daha sonra 158 nömrəli tam orta məktəbin şagirdləri "Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış " Pinokkio burnunun izi ilə" adlı tamaşanı nümayiş etdiriblər.

Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olunub.



Загрузка...
Həmçinin oxuyun:
“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimatı

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Vergilər Nazirliyi məktəbliləri sevindirdi

Vergilər Nazirliyi məktəbliləri sevindirdi

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində