Xəbərlər / Kurikulum / Müəllim
11 yanvar 2019
4 266


Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

 

 
 
Yanvarın 11-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub.

Resurs Mərkəzinin açılışı Təhsil Nazirliyi, Böyük Britaniya hökuməti və "British Council” təşkilatının dəstəyi ilə baş tutub.

Açılış mərasimində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, "British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah iştirak ediblər.  

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində "British Council” təşkilatı 25 il ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Həmin layihələrdən biri də Azərbaycanda İngilis dili Resurs mərkəzlərinin yaradılmasıdır. Layihənin əsas məqsədi müəllim və şagirdlərin ingilis dili bacarıqlarının, xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Nazir müavini qeyd edib ki, 2016-cı ildən indiyədək ümumi təhsil müəssisələrində 11 İngilis dili Resurs Mərkəzi yaradılıb. Mərkəzlər ingilis dilinin öyrənilməsi üçün zəngin kitab resursları, audio və video materiallar, jurnallar, elektron resurslar və bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Füzuli rayon 50 nömrəli tam orta məktəbdə açılan İngilis dili Resurs Mərkəzi təşkilatın sayca 12-ci ingilis dili mərkəzidir. Yanvar ayı ərzində Laçın rayon Quşçular kənd tam orta məktəbində daha bir İngilis dili Resurs Mərkəzinin açılışı nəzərdə tutulur.

Məhəbbət Vəliyeva İngilis dili Resurs mərkəzlərində çalışan müəllimlərin 4 ay müddətində təlimlərdə iştirak etdiyini və xüsusi metodlara yiyələndiklərini də diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts resurs mərkəzinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib və şagirdlərin ingilis dili üzrə biliklərinin zənginləşməsinin iki ölkə arasında əlaqələrə töhfə verəcəyinə əminliyini bildirib.

"British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah isə qeyd edib ki, yeni mərkəz azərbaycanlı şagirdlərin ingilis dili üzrə biliklərə yiyələnməsi ilə yanaşı, gələcəkdə karyera qurmalarına da yardım edəcək. Samr Şah mərkəzdə şagirdlərə komanda şəklində işləmək, liderlik qabiliyyəti kimi bacarıqların da öyrədildiyini deyib.

Mərkəzdə olan kitabxanadan, elektron resurslardan 50 nömrəli məktəbin şagird və müəllimləri ilə yanaşı, yaşayış massivində yerləşən Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər, Xocavənd rayonu Nərimanlı kənd və Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəblərin şagird və müəllimləri də istifadə edə biləcəklər.

Qeyd edək ki, Füzuli rayon 50 nömrəli tam orta məktəb 1994-cü ildən fəaliyyət göstərir. Məktəbdə 193 şagird təhsil alır. Məktəb 2017-ci ildə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olub.
 
 

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

 


 

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Bu rayonda müəllim çatışmazlığı var – İngilis dili fənni tədris edilmir – VİDEO

Bu rayonda müəllim çatışmazlığı var – İngilis dili fənni tədris edilmir – VİDEO

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Şabranda 3 nömrəli məktəbdə ana dili günü qeyd olunub

Şabranda 3 nömrəli məktəbdə ana dili günü qeyd olunub

Bakıda müəllim ilk dərs günü vəfat etdi

Bakıda müəllim ilk dərs günü vəfat etdi

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Dərsləri boykot edən müəllim işə qaytarıldı- FOTO

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı - VİDEO

Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı - VİDEO

Təhsil  nazirinin yeni  müavini təyin edildi.

Təhsil nazirinin yeni müavini təyin edildi.