DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib
Dövlət İmtahan Mərkəzi (DİM) 16 yanvar 2018-ci il tarixində Respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.
Monitorinq imtahanı 170 məktəbdə təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.
İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.
Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib
Bakıda 10-cuların monitorinq imtahanı keçiriləcək
DİM 6 minə qədər şagird üçün monitorinq imtahanı keçirəcək
38 şəhər və rayonda monitorinq imtahanları keçirildi
6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək
XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Azərbaycanın 29 şəhər və rayonunda XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək
Azərbaycanda 3000-dən çox şagird imtahan verəcək
Bakı və Sumqayıtın XI sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçiriləcək
DİM bu rayonlarda buraxılış imtahanı keçirib
Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu
DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib
Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?
Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib
Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib
9-cu sinif şagirdləri buraxılış imtahanı verib
IX siniflər üzrə monitorinq keçirilib
DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI
Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO