Universitetlərimiz az bübcə ilə inkişaf edə bilərmi? -Dosent İlham Əhmədov
Nəticədə universitetlərin normal fəaliyyətinə şərait yaranmadı, müəllimlərə normal maaş verilmədi ( heç olmasa Türkiyə universitetləri səviyyəsində). Türkiyə universitetlərinin 90-cı illərdəki inkişafına burdan gedən alimlərin az dəstəyi olmamışdır. Maliyyələşmənin olmaması səbəbi ilə elm və təhsilin ineqrasiyası mümkün olmadı, universitetlərdə innovasiyalar yaradılmadı, elmi tədqiqatlar formal xarakter daşıdı.
Qeyd edim ki, uzun müddət universitetlərimizin illik elmi tədqiqat büdcəsi 30-50 min manat civarında olmuşdur. Alimlərimiz xaricdəki konfranslara dəvət alsalar da, maliyyə səbəbi ilə orda iştirak edə bilmirdilər, beynəlxalq elmi əməkdaşlıq xeyli zəifləyirdi. Belə bir şəraitdə təbii ki, universitetlərimiz Avropa universitetləri səviyyəsinə heç cür yaxınlaşa bilməzdi, Reytinqlərdə mövqelərini yaxşılaşdıra bilməzdi.
Bu yaxınlarda mətbuatda ölkənin ən yaşlı universitetinin 2 onillik ərzində rektoru olmuş akademikin gözqamaşdırıcı sərvətlərinin siyahısı verilmişdi. O pulların çox hissəsi təbii ki, universitetin büdcəsindən mənimsəmələr idi. Təsəvvür edin, bu pullar universitetin inkişafına sərf edilsəydi, nə qədər inkişaf olardı, bu illər ərzində. Bəlkə də TOP-500 -də yer ala bilərdi bu universitet.
TN-yi, vergi orqanları, hesablama palatası v.s. 20 ildə bəs niyə bu universitetin büdcə xərclərinə nəzarət etməyib. İndi universitetlərə real dəstəyin olmadığı halda universitetlərdən tələb edilir ki, müəllimlər xaricdə impakt faktorlu jurnallarda məqalələr dərc etdirməklə reyninqlərdəki vəziyyətini bir az yaxşılaşdırsın. Qəribə düşüncədir. Heç illər ərzində 500 $ maaş alan alimlə 4000- 8000 $ maaş alan alimin işinin keyfiyyəti, məhsuldarlığı və nəticəliyi eyni ola bilərmi? TN-də 30 ildir belə düşündükləri üçün də universitetlərimiz 30 ildir bataqlıqdan çıxa bilmirlər. "Qənaət" edilən pullar isə yuxarıdakı qeyd edilən kimi təyinatdan yayılır.
Dünya universitetlərinin reytinq cədvəlində bizim milli universitetlərimizin yüksək yer tutması üçün universitetlərimizin büdcəsi, müəllimlərimizin maaşı da avropa universitetlərinin səviyyəsinə yaxınlaşmalıdır. Bu mümkün olarsa, 10 ilə nəticələrimiz onlara yaxınlaşa bilər.


İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil mürəkkəb dinamik sistemdir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Distant təhsilə doğru ilk addımlar

Uğurlu təhsil islahatlarının banisi

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə