Müəllim hazırlığında planlama varmi?
Müəllimlərin işə qəbulu imtahanı yaxinlaşir. 55 minə yaxın namizəd imtahan verəcək. Bu qədər iddiaçıya qarşı təxminən 5 min vakansiya olacaq.
Bu 5 min vakant yer təbii ki, dolacaq. Amma 50 min diplomlu müəllim yenə də işsiz qalacaq. Gələn ilə əlavə 5-10 min məzun pedaqoqlar da olacaq. MİQ, DQ, sertifikatıaşma imtahanı və sonralar olacaq digər imtahanlar gələcəkdə bu problemin həllini yüngüləşdirməyə hesablanıb. Amma bu da vəziyyətdən çıxış deyil.
TN ali məktıblərə qəbul planını vaxtı ilə düzgün planlaşdırmaylb, müəllim hazırlığında xüsusən indi tələb və təklif arasında çox böyük fərq yaranıb. Bu səhvlər səbəbi ilə məzunlar və müəllimlər niyə əziyyət çəkməlidir? Bəs bu vəziyyət niyə yaranıb? Ölkədə ali təhsilin planlaşdırılması, demoqrafik inkişafın proqnozu yoxdurmu? Bu vəziyyət müəllimliyə namizədlərin səhvi deyil, 5 min yerə 55 min namizəd varsa, belə problemin olması təbiidir.
Bu problem Təhsil Nazirliyinin 20 il əvvəl buraxdığı ciddi səhvlərin nəticəsidir. 20 il əvvəl ölkədə 60-70 min işsiz müəllim olduğu halda, ölkədə müəllim hazırlayan xeyli ali məktəb və kollec olduğu halda, əlavə olaraq lazımsız yerə "Müəllimlər İnstitutu" və onun regionlarda 11 filialını açan, əvəzində ölkəyə çox lazımlı “Müəllimləri Təkmilləşdirmə İnstitutu”nun bağlanmasına rəvac verən TN o vaxt bilməli idi ki, bu strateji səhvlər illər sonrası təhsil sisteminə, vətəndaşlara ciddi problemlər yaradacaq.
Bu problemləri 20 il əvvəl görüb, etiraz edənlərin səsləri eşidilmədi, necə ki, bu gün TN-nin etdiyi daha ciddi səhvləri görüb, etiraz edənlərin səsi eşidilmir.
İlham Əhmədov (təhsil eksperti)