AzTehsil.com


Xəbərlər / Valideyn
28 iyun 2022
907


Şagirdlər yay tətilini faydalı keçirmək üçün nə etməlidirlər?- Psixoloqdan VACİB TÖVSİYƏLƏR




Artıq 2021-2022-ci tədris ili yekunlaşıb.


Hazırda I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə “Yay məktəbi” təşkil edilir.


Bu zaman  “Yay məktəbi”ndə  iştirak  etməyən  şagirdlər  tətili  necə  faydalı  keçirə  bilər?


AzEdu.az   xəbər  verir ki,  bu  mövzuda  uşaq  və  yeniyetmələr  üzrə  psixoloq  E. Seda Öz Uslu  şagird  və  valideynlərin  yay  tətilini  necə  keçirməklə  bağlı  planlarına  diqqət  çəkib:


“Şagirdlərin uzun bir tədris ili və qış mövsümündən sonra  yay tətilinə çıxma sevinci  çox təbiidir. Uşaqlardan yay tətilini necə keçirtmək istədikləri soruşulduqda, əksər uşaqlar “Heç bir şey etməmək, yatmaq, televizor seyr etmək, kompüter oyunları oynamaq və dostları ilə vaxt  keçirmək” cavabını verirlər. Əksər valideynlərdən yay tətili ilə bağlı ən böyük problemlərinin nə olduğu soruşulduqda, "Uşaqlarım çox yatır, hər zaman televizora baxır və kompüterdə oyun oynayır və heç nə etmirlər" deyə  cavab  verirlər. Bu problemi  həll etmək  üçün  ilk  növbədə  tətili  valideynlə  uşağın bərabər  həm  əyləncəli, həm də  faydalı zaman  keçirə  bilmələri  üçün  birlikdə planlaşdırmaları  məsləhətdir”.


Psxoloq  bildirir  ki, istirahət  və  əyləncə  ilə  yanaşı  dərslərə  də  diqqət  ayrılmalıdır:


“Uşaqlar yay tətilinin əyləncəli və səmərəli keçməsi üçün valideynlərinin köməyinə ehtiyac duyurlar. Yay  tətilini planlanan  zaman  istirahət, səyahət  etməyə və  əylənməyə  zaman  ayırarkən, eyni  zamanda  dərs  ili  müddətində  şagirdin  hansı  dərslərdə  zəif  nəticə  göstərməsi, həmin  dərslərin  daha  yaxşı  mənimsənilməsi  üçün  tədbir  görülməsinə  də  diqqət  edilməlidir. Yay  tətilini  uşaqların  ailələri  ilə  birlikdə  planlamaları  çox  vacibdir. Əks  təqdirdə  sadəcə  valideynlərin  planladığı  və  ediləcəklərə  qərar  verdiyi  tətil  bir  məcburiyyətdən  kənara  çıxa  bilməz  və  uşağın bunları  sevərək, həvəslə  etməsinə mane olur”.


Planlama  aparılarkən  aşağıdakılara diqqət  edilməlidir:


İlk növbədə şagirdlərin tətilə ehtiyacı var. Dərslərdən kənar  bir müddət təqdim edilməlidir.


Yay ayları uşaqların incəsənət, idman və sosial yönlərini inkişaf etdirmək üçün bir fürsətdir.


İl ərzində  şagirdin  çətinlik  çəkdiyi  və  qiymət  göstəricilərinin  aşağı  olduğu  dərslərlə  məşğul  olmaları  üçün  həftənin 3 və 5-ci  günləri  2-3  saatı  ayırmaq  daha  idealdır.


Yay tətili zamanı şagirdləri yaşlarına uyğun kitab oxumağa təşviq etmək çox vacibdir.


Kompüter və televizor  qarşısında  vaxt  keçirməri, telefonda  oyun oynamağı məhdudlaşdırmaq lazımdır.


Şagirdlər üzgüçülük, basketbol və voleybol kimi idman fəaliyyətlərinə yönəldilə bilər.


Ailə səfərləri planlaşdırıla bilər.


Yeni sinifə keçən uşaqlar tətil zamanı mövzuları təkrarlayaraq köhnə biliklərini möhkəmləndirə  və  yeni  tədris  ilinə  daha  uğurlu  başlaya  bilərlər.


O  qeyd  edib  ki, "Tətil" ifadəsi "heç bir şey etmədən oturmaq" mənasını verməməlidir:


“Tətilin dəyəri, insan gündəlik fəaliyyətlərindən  fərqli bir şey etdikdə və ya hobbilləri  ilə məşğul olduqda, bədəni və beynində istirahət etdikdə aydın olur. Bu mənada uşaqların bütün tətili boş oturaraq, yatarkən televizor və ya kompüter qarşısında keçirmələrini tövsiyə etmirik.Bir tətil  müddəti  planlaşdırıldıqda, xoş və məhsuldar olur. Plan sizi qarşıya qoyulmuş hədəfə yaxınlaşdıracaq”.




Загрузка...
Həmçinin oxuyun:
Şagirdlər yay tətilini faydalı keçirmək üçün nə etməlidirlər?- Psixoloqdan VACİB TÖVSİYƏLƏR.

Şagirdlər yay tətilini faydalı keçirmək üçün nə etməlidirlər?- Psixoloqdan VACİB TÖVSİYƏLƏR.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Metodbirləşmələr

Metodbirləşmələr

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)