Uşağınızın yaddaşını belə yoxlayın - TEST
Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.
İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.
Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:
- Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)
- Qurd invaziyası
- Lyamblioz
- Disbakterioz zamanı və sairə.
Yaddaşın pozulmasının digər səbəbləri:
- Kəllə-beyin travması
- Xroniki stress, xroniki yorğunluq
- Hipovitaminoz
- Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.
Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.
20 saniyə ərzində cədvələ baxın.
Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.
Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz - yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.
Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.
Daha az rəqəm - aşağı yaddaşdan xəbər verir.
Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.
Şəhla Rüstəmova, həkim

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Məktəblilərin qidalanması-CƏDVƏL

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur

Azərbaycanda 574 məktəblidə skolioz aşkarlanıb

Məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir qidalar.

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Yaddaş pozğunluğu zamanı nə etməli?

Əqli gücü artırmağın 8 yolu..

Qan verməyin faydaları

Stresdən necə çıxmaq olar?

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

İmtahandan əvvəl necə qidalanmalı

Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Pis yaddaşdan əziyyət çəkirsinizsə və ya beyninizin qocalıdığını hiss edirsinizsə, sizə yaxşı xəbərimiz var.

Pis yaddaşdan əziyyət çəkirsinizsə sizə yaxşı xəbərimiz var

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Uşaqları məktəbə necə hazırlayaq?

Uşaqları məktəbə necə hazırlayaq?

MƏKTƏBLİLƏRİN QİDALANMASI NECƏ OLMALIDIR?

Şirələr və onların faydaları

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

İnsan beyni çiplə idarə olunacaq? - Maskın ilginc hədəfi

D vitamini və koronavirus - Azərbaycanlı həkimdən TÖVSİYƏLƏR