AzTehsil.com


Xəbərlər
14 iyun 2022
801


Məleykə Abbaszadə narazı doktorantlarla görüşdü, imtahanla bağlı qərar verildi




Dövlət İmtahan Mərkəzində (DİM) dünən keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları ilə əlaqədar DİM-ə müraciət edən 23 şəxslə görüş keçirilib.


Görüşdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak ediblər.


Müzakirələr əsasən imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub. Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınmasını xahiş ediblər.


Rəhbərlik tərəfindən bildirilib ki, bu imtahanda iştirakçılar Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə uyğun bilik və bacarıqlara malik olmalıdırlar. İmtahanın mürəkkəblik dərəcəsi də həmin səviyyəyə uyğun olmalıdır. İştirakçıların nəzərinə çatdırılıb ki, 12 iyunda keçirilən imtahanın sualları gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.


Dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı ilə bağlı yaranan uyğunsuzluqla əlaqədar müraciət edənlərə isə imtahanın yenidən keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Görüşdə olanlardan iki nəfər təklifə müsbət reaksiya verib və yenidən imtahanda iştirak etmək üçün ərizə təqdim edib.


Beləliklə, səsləndirmədə olan uyğunsuzluğa görə narahatlıq keçirən və buna görə də bütün imtahan suallarının cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı bütün nəticələri ləğv edilərək yenidən imtahan təşkil olunması qərara alınıb. Bu imtahandan toplanılan bal yekun imtahan nəticəsi kimi əsas götürüləcək.


Bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun – Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb yollaya bilərlər.


Növbəti mərhələdə danışıq (speaking) imtahanı keçiriləcək. Mövcud qaydalara əsasən, həmin imtahandan iki baldan aşağı nəticə göstərən namizədlər növbəti mərhələyə buraxılmırlar. Bununla əlaqədar, danışıq imtahanında iki baldan aşağı nəticə göstərən namizədlər üçün təkrar imtahan keçirilməyəcək.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə dillər üzrə ümumavropa çərçivə sənədi Azərbaycan dilinə tərcümə edilib.

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə dillər üzrə ümumavropa çərçivə sənədi Azərbaycan dilinə tərcümə edilib.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Metodbirləşmələr

Metodbirləşmələr

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT