AzTehsil.com


Xəbərlər
09 dekabr 2019
1 951


AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib



 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

Akademiyadan  verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 9-28 dekabrda hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə (elmi müəssisələrin ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:

– elmi müəssisənin direktorunun adına ərizə;

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– iş yerindən xasiyyətnamə;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın elmi müəssisələrinə təqdim olunmalıdır:

– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş yerindən xasiyyətnamə;

– əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi işlərin siyahısı;

– fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertantlıq yolu iləfəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır:

– ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş yerindən xasiyyətnamə;

– əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisəsinə təqdim olunmalıdır:

– ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

– iş yerindən xasiyyətnamə;

– əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

– fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48,


Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzində xarici dildən imtahanların gələn ilin 10-15 yanvar tarixlərində keçirilməsi planlaşdırılır.



Загрузка...
Həmçinin oxuyun:
AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Saathesabı pul ödəniləcək-Qərar

Saathesabı pul ödəniləcək-Qərar

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

Azərbaycanda nə qədər şagird var? - STATİSTİKA

Azərbaycanda nə qədər şagird var? - STATİSTİKA

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Baş nazir diplom və attestatlarla bağlı  qərar verdi - Diqqət

Baş nazir diplom və attestatlarla bağlı qərar verdi - Diqqət

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı