Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib
Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib.
Məlumata görə, doktoranturaya sənədlər gələn ilin yanvarın 15-nə qədər qəbul edilir. Qəbul imtahanları 16-30 yanvar 2018-ci il tarixlərdə keçiriləcək.
Doktoranturaya və dissertanturaya qəbul üçün Naxçıvan Universitetinin rektorunun adına ərizə; kadrların şəxsi qeydiyyat vərəqi; tərcümeyi-hal; iş yerindən xasiyyətnamə; 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə); iş stajı olanlar üçün əmək kitabçasından çıxarış; çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
İxtisaslar üzrə qəbul aşağıdakı kimidir:
Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə ödənişli əsaslarla
Ümumi iqtisadiyyat – 1 yer (əyani)
Etnopedaqogika – 1 yer (əyani)
Dissertanturaya ödənişli əsaslarla
Sistem analiz, idarəetmə və informasiyanın işlənməsi – 1 yer
Vətən tarixi – 1 yer
Azərbaycan dili – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer
Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, dissertantlıq yolu ilə 4 ildir