AzTehsil.com


Xəbərlər
10 yanvar 2020
1 905


Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə



Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə

 

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib.

 "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan DİM tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə "fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanında "Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə bacarıqlarının, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və həmin işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.

Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyən­ləşdirən qəbul imtahanı proqramları DİM-in internet saytında yerləşdirilərək namizədlərə təqdim edilib.

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir.

Namizədlərin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

Yaxın günlərdə doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər.

Proqram bu ilin qəbul imtahanı üçün hazırlanıb. Növbəti illərdə danışma blokunun əlavə olunması ilə proqramda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.



Загрузка...
Həmçinin oxuyun:
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

Naxçıvan Universiteti bir neçə ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul şərtləri dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul şərtləri dəyişib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam

Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Rezidenturaya sənəd qəbulu başlayıb

Rezidenturaya sənəd qəbulu başlayıb

Suallara, qaranlıq məqamlara sadə cavablar

Suallara, qaranlıq məqamlara sadə cavablar

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Əvvəlki illərin məzunları "buraxılış"da hansı dildən imtahan verəcəklər? - Qaydalar

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə