Lisey və gimnaziyalara şagird qəbulu davam edir
Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi davam edir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının “Şəxsi kabinet”i vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədilə tapşırıqlar təqdim ediləcək.
Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:
• 17 iyun – V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);
• 18 iyun – VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);
• 19 iyun – VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);
• 20 iyun – VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).


2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Lisey və gimnaziyalara şagird qəbuluna START VERİLDİ

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib