AzTehsil.com


Xəbərlər / Abituriyent
05 iyul 2018
6 842


Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab



 Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab


 

Artıq bir neçə ildir ki, buraxılış imtahanlarında yeni model tətbiq olunur. Ancaq bu modeldə test taprşırıqlarının hesablanma qaydası və yekun qiymətləndirmə bir çox hallarda ictimaiyyət tərəfindən qaranlıq qalır.

AzTehsil.com AzEdu.az-a istinadən xəbər  verir   

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir.

İlk mərhələdə şagirdlər, həmçinin təqdim edilən mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.

Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara birinci mərhələdə 10 açıq tipli, ikinci mərhələdə 30 qapalı tipli test tapşırığı təqdim edilir.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində hər iki mərhələdə imtahanın müddəti 45 dəqiqədir. İmtahanın başlanmasından 15 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.3-2.6-cı bəndlərində nəzərdə tutulmuş qaydada imtahan verməlidirlər.

Birinci mərhələnin imtahan nəticələri imtahan keçirildiyi gündən etibarən ikinci mərhələnin keçirildiyi vaxtadək, ikinci mərhələnin nəticələri isə imtahan keçirildiyi gündən 5 (beş) gün müddətində elan edilir. Şagirdlərin fənlər üzrə test tapşırıqlarına cavab ballarının cəminin 100 ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:

 

Fənn

Komponent № 1
(I mərhələ, test tapşırıqları)

Komponent № 2
(II mərhələ, test tapşırıqları)

Komponent № 3 (I mərhələ, esse)

 
Maksimal bal

Test tapşırıqları- nın sayı

Bal

Maksi- mal bal

Test tapşırıq- larının sayı

Bal

Maksi- mal bal (Əlavə qiymət)

Növü

 
Azərbaycan dili/rus dili

30

20 (10 açıq
+
10 qapalı)

2∙nd (açıq)
+ nd (qapalı)

70

30
(qapalı)

 
10

Esse

 
Riyaziyyat

30

10 (açıq)

3∙nd (açıq)

70

30
(qapalı)

 
-----

-----

 
 nd (açıq) - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə Mərkəz tərəfindən mərkəz- ləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilən mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat və xarici dil fənlərindən verirlər. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən, ali və ya orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də bu Qaydaların 2.11-ci bəndində nəzərdə tutulan qaydada imtahan verməlidirlər.

İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 (beş) günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

 
Azərbaycan dili/ rus dili

riyaziyyat

xarici dil/kimya

 
Tam orta

2

0-7

0-7

0-6

 
3

8-17

8-16

7-16

 
4

18-25

17-24

17-24

 
5

26-30

25-30

25-30

 
Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 (on) günədək müddətdə elan edilir.

Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Buraxılış imtahanı zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

1.Saxta sənəd təqdim etmək;

2.İmtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

3.İmtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;

4.Səbəbindən asılı olmayaraq imtahan keçirilən zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, "İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zalı tərk etmək və digər hərəkətlərə yol verməklə, imtahanın gedişinə mane olmaq;

5.Başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

6.Nəzarətçiyə tapşırıqların yerinə yetirilməsi ilə bağlı kömək üçün müraciət etmək;

7.Cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.

Şagirdin bu Qaydaların 2.17-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

Ümumi orta və tam orta təhsil səviyyələrini 2016/2017-ci tədris ilindən əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.8-ci bəndi ilə müəyyən edilən qaydada çıxarılır. Bu zaman, buraxılış imtahanında iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür.

Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız ümumi orta təhsil səviyyəsini başa vuran şəxslər buraxılırlar.

Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən hallarda şagirdin yekun attestasiyası aparılarkən illik qiymət, o cümlədən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür.

Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət edir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
 

 Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

 





Загрузка...
Həmçinin oxuyun:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR