AzTehsil.com


Xəbərlər
30 may 2022
1 093


Universitetlərdə kreativ rüşvət mexanizmi: Plagiat Komissiyası pul tələb edə bilər?




Azərbaycan dövlət universitetlərində rüşvətin yeni forması ortaya çıxıb. Diplom işi, magistr dissertasiya işi hazırlayan tələbələr “Plagiat Komissiyası”nın qanunsuz təklifi ilə qarşılaşıblar.


Xüsusilə də bakalavr səviyyəsində təhsil alan gənclərin elmi işlərində 15% plagiat olduğu halda 300 AZN, 25% plagiat olduğu halda isə 550 AZN-ə yaxın məbləğ tələb olunur. Bunu tələb edən şəxslər tələbələri inandırmağa çalışırlar ki, bu, qanunidir. Maraqlıdır…


Bizim.Media xəbər verir ki, elmi, tədris və ədəbi mətnlərdə plagiatın tapılması, onunla mübarizə və müəllif hüquqlarının qorunması məsələlərinə Müəllif Hüquqları Agentliyinin (MHA), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) və bəzi institut və universitetlərin nəzdində yaradılan ekspert komissiyaları və ya qrupları nəzarət edir.


Elə isə “Plagiat Komissiyası” nədir? Hansı meyarlara görə tələbələrin işi plagiat sayılır? Tələbənin müəyyən bir mənbəyə istinad etməsi niyə plagiat hesab olunur?


Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazovaya və Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımovaya sorğu göndərdik. K.Namazova ümumiyyətlə sorğumuzu cavabsız qoysa da, Z.Kazımova iş günü olmadığını deyərək, sorğudan yayındı.


Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, biz müəllif hüquqlarının qorunmadığı və yaxud çox zəif qorunduğu ölkələrin birində yaşayırıq.


“Müəllif hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasını möhkəmləndirmək lazımdır. Plagiatla bağlı məsələlər ictimailəşdirilməlidir, inzibati cəza yox, cinayət cəzası təyin olunmalıdır. Bu tam ayrı mövzunun söhbətidir. Çünki hər bir tələbə yazdığı diplom işində və ya hər-hansı elmi referatında kimlərəsə istinad edir, mənbə göstərir.


Əgər verilmiş elmi müddəa kiminsə öz adından təqdim edilərsə, bu zaman iş geri qaytarıla və ümumiyyətlə qəbul edilməyə bilər”.


Amma tələbələrin müəyyən yerli və ya xarici mənbəyə istinad etməyə və son olaraq istifadə etdiyi ədəbiyyatda həmin vəsaiti göstərməyə tam haqqı var. 


Tələbənin elmi işində plagiat aşkarlandığı təqdirdə isə rəhbərlik tərəfindən xəbərdarlıq edilməli və ya ləğv edilməməlidir. Heç bir halda tələbədən bu məsələ ilə bağlı “məbləğ” tələb oluna bilməz.




Загрузка...
Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU