Bir sıra abituriyentlərin haqqına giriblər...
DİM tərəfindən keçirilmiş son imtahanlarda bağlı fikir bildirmək istərdim.
Əvvəlcə Bunkerdə olan, seçilən suallar üzərində işləyən, son redaktələri düzəldən tarix müəllimlərinə böyük təşəkkür edirəm. Qeyd edim ki, son 3 ildə sualların səviyyəsi dəyişməz qalmışdır ki, bu da abituriyentlərin ancaq xeyrinə ola bilərdi. Mübahisələri məqamlardan maksimum halda qaçılmış, çaşdırıcı suallardan az istifadə edilmişdir. Bununla belə düşünürəm ki, İkinci Qarabağ mövzusu ilə bağlı sualların seçimində və redaktəsində tələskənliyə yol verilmişdir. Ümumi imtahan sualları super! Amma nöqsanları da qeyd etməliyik ki, növbəti illərdə təkrar olunmasın.
Qeyd:
Dərsliklərdə, o cümlədən DİM-in mövzu ilə bağlı buraxdığı xüsusi Əlavə mətndə Daşaltı əməliyyatı adlı anlayış ancaq 1992-ci ilə aid edilir. 2020-ci ildə isə bu Daşaltı döyüşləri kimi qeyd edilmişdir. Bu anlayışı görən abituriyentlərin böyük əksəriyyəti 1992-cil ili nəzərə alacaqdır. Əməliyyat və döyüş fərqli anlayışlardır.
DİM ekspertləri deyir: "hər kəs son dövr məlumatlarını izləməlidir, buna görə də burada problem yoxdur" arqumenti düşünürəm zəifdir. Belədirsə, o zaman nə üçün DİM bu mövzu ilə bağlı xüsusi buraxılış çap edir? Bu zaman hər kəs son xəbərləri özü izləyər, özü də öhdəsindən gələrdi. Ancaq bu belə deyil. DİM abituriyentləri düşünərək, dəstək olaraq xüsusi buraxılış edir ki, çoxsaylı məlumatlardan yığcam məlumatlarla hazırlıq aparılsın. Bunun üçün də DİM-ə təşəkkürlər.
Buna baxmayraq ekspertlər təəsüf ki, proqram çərçivəsində nöqsana yol veriblər. Bir sıra abituriyentlərin haqqına giriblər. Maraqlısı və adamı yandıran bilirsiz nədir? 1000 il, 10000 il il əvvəl olan tarixi məlumatlarla bağlı suallara doğru yazan şagird, özünün şahidi olduğu dövrlə bağlı suala cavab verə bilmir. Bu haqsız yanaşmadır. Razılaşmaq lazım ki....çaşdırıcı məqamdır. Heç kim inkar etmir ki, belə bir əməliyyat olmamışdır. Olub, zəfərimizdir. Ancaq vallah bu adda əməliyyat 1992-ci ilin uğursuz əməliyyatı yaddaşda qalmaqdadır. Əgər bunu zəfər əməliyyatı ilə əvəzlənməsini istəyiriksə, o zaman əvvəl bu əməliyyatı imtahanda düşdüyü kimi dərsliklərdə verin, sonra tələb edin. Bu suala * verilməli və hər bir abituriyent haqqı çatan balla mükfatlandırılmalıdır.. Hörmətlə
Bakı Modern Təhsil Kompleksində tarix müəllimi Hamlet Aliyev