Xəbərlər / Müəllim
08 noyabr 2019
2 016


Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

Dərsliklərdə kobud səhvlər: “Qurbanəli bəy opera müğənnisinə oxşayırdı”

 

Yeni tədris ili başlanandan yeni dərsliklər də şagird və müəllimlərin ixtiyarına verilib. Bu dərsliklər V və VIII siniflər üçün nəzərdə tutulub.

Ümumilikdə isə 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Bəs, V və XI siniflər üçün nəşr edilən dərsliklər əvvəlki illərin dərs vəsaitlərindən nə ilə fərqlənir? Onlarda hansı çatışmazlıq və məziyyətlər gözə dəyir?

"Yeniliklər bir nəsli başa vurmalı, ən azı 11 ili əhatə etməlidir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmlinin fikrincə, əksər yeni dərsliklərdə dəyişən yalnız üz qabığıdır. Bununla yanaşı, Azərbaycan  dili dərsliyində müəyyən yeniliklərə rast gəlib:

"Mənfi tərəfi bu dəyişiklərin qəbul imtahanında problem yaratmasıdır. VIII sinif dərsliyindən söz birləşməsi çıxarılırsa, bu, qəbul proqramına da salınmamalıdır. Universitetə qəbul oluna bilməyib, yenidən hazırlaşan abituriyent bu mənada müəyyən çətinliklərlə rastlaşır. Düşünürəm ki, bu yeniliklər ən azı bir nəsli başa vurmalı, 11 ili əhatə etməlidir.

Məsələn, 2013-cü il V sinif  Azərbaycan dili dərsliyində "Vurğu”  mövzusu  keçirilir. 2012-ci ilin kitabında isə bu yoxdur. Yeni gələn şagirdlərdə çaşqınlıq yaranır: görəsən, qəbul imtahanına bu mövzu ilə bağlı suallar düşəcək? DİM bu il belə mövzulardan sual salınmayacağını dedi. Amma yenə də şagirdlər çaşqındırlar”.

Nemət müəllimin sözlərinə görə, Azərbaycan dilindən fərqli olaraq, Ədəbiyyat dərsliyində hər hansı dəyişiklik yoxdur:

"Demək olar, eyni yazıçılar, eyni əsərlərdir. Amma Azərbaycan dili dərsliyində söz birləşmələri, mürəkkəb cümlə üzvləri kimi mövzular çıxarılıb. Əlaqələr çıxarılsa da, yalnız uzlaşma əlaqəsi saxlanıb. Halbuki, köhnə VIII sinif kitabında 3 əlaqə də var idi. Bu, müəllimlə bərabər, şagirddə də çaşqınlığa səbəb olur. Fikrimcə, V sinifdən XI sinfəcən bir şagirdə eyni nəşr dərslik verilməlidir.

Məsələn, X sinif dərsliyində şagirdə bir tapşırıq verilir. Mətndə sözlər arasındakı əlaqəni tapmaq tələb olunur. Üstəlik üç əlaqənin üçünü də. Amma indiki dərsliklərə əsasən, VIII sinif şagirdi hələ bu əlaqələri keçməyib”.

"Qurbanəli bəyi opera müğənnisinə oxşatmışdılar”

-Bəs, Nemət müəllim növbəti tədris ilində IX sinif dərsliklərində hansı dəyişikliklərin olmasını istərdi?

"Növbəti tədris ilində nəşr olunacaq dərsliklərdə texniki səhvlərin düzəldilməsini istərdim. Hərf səhvləri, mətndə leksik mənası uyğun gəlməyən sözləri nəzərdə tuturam.

Bəzən çalışmanın özü asan olsa da, şərti elə çətin görünür ki, şagird onu başa düşə bilmir. Bu tip səhvlərin aradan qaldırılmasını istərdim.

Bundan əlavə, illüstrasiyalarda da problem var. Məsələn, keçən il VIII sinif Ədəbiyyat dərsliyində Qurbanəli bəyi opera müğənnisinə oxşatmışdılar.

Ümumiyyətlə, dəyişiklik yenilik, yenilik isə təkamül deməkdir. Sadəcə, bunlar zəncirvari həyata keçirilməlidir. VIII sinif dərsliyindən nələrisə çıxarırıqsa, X sinifdə də dəyişiklik etməliyik”.

"Əsərlər qısaldılmış formada, amma tam məzmunda verilsin”

Nemət müəllimi yeni nəşr dərsliklərdən küsdürən səbəblərdən biri də ucqarlardakı şagirdlərin nəzərə alınmamasıdır:

"X və XI sinif Ədəbiyyat dərsliklərində əsərləri yarımçıq veriblər ki, tam versiyanı şagird özü tapıb oxusun və təhlil etsin. Axı, ucqar dağ kəndində, təmas xəttinə yaxın ərazilərdə  yaşayan, internetə, kitabxanaya çıxışı olmayana şagirdlər var. Bəzən bunlar olsa da, tədqiq edib araşdırmaqda şagirdə kömək edəcək valideyn yoxdur. Buna görə də, ədəbiyyat dərsliklərindəki əsərləri qısaldılmış formada, amma tam məzmunda verilməsini istərdim”.

Ağdam rayon 81 nömrəli məcburi köçkün tam orta məktəbinin coğrafiya müəllimi Mahir Əhədov isə bildirib ki, Azərbaycan orta məktəblərində kurikulumlu proqrama keçid olandan sonra dərsliklər mütəmadi olaraq yenilənir. Bu il isə yenilənmə VIII sinfə düşüb. Çünki 5 il əvvəl VIII siniflər ilk dəfə kurikulumla təhsil almağa başlamışdılar:

"Dərsliklər tələblərə əsasən, 5 ildən bir yenilənirlər. Çünki bütün elm sahələrində yeniliklər olur. Həmin yeniliklər humanitar fənlərdə daha çox baş verir. Onları orta məktəb dərsliklərinə gətirmək, əvvəlki illərin dizayn və elmi səhvlərini aradan qaldırmaq məqsədilə dərsliklər yenilənib.

Coğrafiya dərsliyindəki yeniliyə əsasən, bir neçə mövzu dəyişilib. Əvvəlki illərdə həmin mövzular bir qədər fərqli idi. Əlavələr edilib, mövzu sayı artıb. Dəyişiklikləri ümumilikdə müsbət dəyərləndirmək olar”.

"Daha aydın, dolğun təsvirlərdən istifadə edilsin”

Mahir müəllimin fikrincə, keçmiş dərsliklər 5 il öncə hazırlandığına görə, oradakı qüsurlar labüddür və normal qəbul etmək olar:

"IX sinif dərsliyi özündə ənənəvi coğrafiyanı əks etdirirdi. Bizə dünyanın yalnız sosial-iqtisadi coğrafiyası məlum idi. Amma indi proqram dəyişilib: Həm fiziki, həm iqtisadi, həm də Azərbaycan coğrafiyasını öyrənirik. VI-IX siniflər üzrə bütün anlayışlar – "hərəsindən bir az” prinsipi ilə verilib.

Sadəcə, istərdim, dərsliklərdə relyeflə bağlı şəkillərə daha çox yer verilsin. Daha aydın, dolğun təsvirlərdən istifadə edilsin. Bəzən elə qrafiklər verilir ki, şagird onları oxumaqda çətinlik çəkir. Xəritələr daha aydın olmalıdır. Əksər hallarda onların rəngləri keyfiyyətsiz olur, şagird torpaq tiplərini çətinliklə fərqləndirir”.

"Mövzu ardıcıllığı dəyişib və daha əlverişli olub”

Cəlilabad rayonu Alar kənd 2 saylı tam orta məktəbinin Riyaziyyat müəllimi Elçin Abbasov da tədris etdiyi fənnin dərsliklərindəki yeniliklərdən söz açıb. O bildirib ki, əsas yenilik mövzuların ardıcıllığı ilə bağlıdır:

"Riyaziyyat dərsliklərində dizayn baxımından hər şey eynidir. Amma keçmiş dərsliklərdə "Rasional ifadələr” kitabın əvvəlində verilmişdi. Bəzən bu mövzuda qarışıq ifadələr olur və şagirdlər qorxurlar. Fənni elə həmin mövzu ilə başlamaq bir qədər əlverişsiz görünürdü. Üstəlik şagirdlərə yorucu təsir bağışlayırdı. İndi isə dərslik  "Kvadrat kök” mövzusu ilə başlayır və kifayət qədər rahatdır.

"İrrasional ədədlər” mövzusunu çıxararaq "Həqiqi ədədlər”-ə daxil ediblər. Bu, yaxşıdır. Çünki onun ayrıca mövzu kimi tədrisi daha ağır olurdu.

Bundan əlavə, "Pifaqor teoremi”ni, "Kvadrat kök”dən sonra keçməyin əhəmiyyəti çoxdur. Belə olduqda, şagird həm də həmin mövzunu təkrarlamış olur. "Rasional ifadələr”i keçdikdə isə şagird əvvəlki mövzuları bilir, tətbiq edir. Çünki bu, artıq ilk bölmə deyil.

"Fiqurların oxşarlığı” bölməsindən "oxşarlıq çevrilməsi”ni də çıxarıb, "triqonometrik nisbətlər” bölməsinə salıblar. Bu, ardıcıllığın qorunması deməkdir. Qısası, yeni dərsliklərdə mövzuların ardıcıllığı dəyişib və daha əlverişli olub”.

Elçin müəllimin fikrincə, hazırda proqramdakı ardıcıllıq, yerdəyişmələr şagirdlərin bu fənnə marağını artırır:

"Riyaziyyatda ardıcıllıq düzgün olanda şagirdlərin işi bir qədər asanlaşır. Üstəlik, gözqorxuducu deyil. Dərsə başlayanda gözü qorxan şagird sonrakı bölmələrdə də çətinlik çəkər”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki,  biz məcbur edirik”

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Etibar Əliyev: “Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil”

Etibar Əliyev: “Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil”

Repetitorluğun mövcudluğu da öz sözünü deyəcək

Repetitorluğun mövcudluğu da öz sözünü deyəcək

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Dərslikləri qəlizləşdirməklə nəyə nail olduq?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ

“Məktəblərdə musiqi dərsinin tədrisi ixtisas müəllimlərinə keçsə, yaxşı olar” – Vacib məsələ

Coğrafiya dərsliklərinin üz qabığındakı nöqsanlar – artıq şəkillər, proqramdankənar təsvir- Müəllimlərin narazılığı

Coğrafiya dərsliklərinin üz qabığındakı nöqsanlar – artıq şəkillər, proqramdankənar təsvir- Müəllimlərin narazılığı

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Dərsliklərin şagirdlərə paylanılması davam edir

Dərsliklərin şagirdlərə paylanılması davam edir

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər

Dərsliklərdən çətin mövzu və terminlərin çıxarılması yalnız o halda mümkün ola bilər

Dərsliklərin paylanılması başa çatıb

Dərsliklərin paylanılması başa çatıb