AzTehsil.com


Xəbərlər
02 fevral 2018
8 316


Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"



Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

 

    "2019-cu ildən etibarən ali məktəblərə və orta ixtisas təhsil müəssislərinə qəbul yeni standartlarla, qiymətləndirilmə üsulları ilə aparılacaq. Yəni 2008-ci ildən tətbiq edilən və təhsil sistemini bərbad hala salan kurikulum üsulu ilə”.


Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov 2019-cu ilin qəbul imtahanlarına edilən dəyişikliklər barədə danışarkən deyib. O bildirib ki, ənənəvi qəbul imtahanları son dəfə 2018-ci ildə keçiriləcək, daha sonra tətbiq ediləcək üsullar təhsil sisteminə ciddi zərbə vuracaq:


"Kurikulum üsulu ilə sonuncu imtahanlara qəbul proqramına orta ümumtəhsil proqramında istifadə olunan bütün dərsliklər salınır. Dərsliklər elə mərhələləşdirilib ki, 6-cı sinfin mövzusu ibtidai, 11-ci sinfin mövzusu isə yüksək səviyyə hesab olunur. Amma yeni kurikulum üsullarında bu belə deyil. 2008-ci ildən tətbiq olunan kurikulum üsulunda 11-ci sinif müasir dövr hesab olunurdusa və tarix kitabı 11-ci sinifdə bitirdisə, hazırda vəziyyət başqadır. Yəni bizim dövrümüzdə 11-ci sinifdə keçirilən mövzular, indi 9-cu sinifdə keçirilir. Müasir dövr tarixi 9-cu sinifdə bitir. Bütün 6 illik proqram (6, 7, 8, 9, 10, 11-ci siniflər) 4 ilə yerləşdirilib. 10-11-ci sinifdə isə uşaqlar konkret olaraq, aşağı siniflərdəki mövzuları təkrar keçməyə başlayırlar. Onu deyim ki, 10-11-ci sinif kurikulum dərslikləri ilə aşağı sinifdə keçirilən dərsliklər arasında illər və hadisələr baxımından ciddi ziddiyyət doğuran faktlar var. Dünən, yəni, fevral ayının 1-də Dövlət İmtahan Mərkəzi (DİM) ilkin olaraq keçirdiyi tarix seminarında yeni qərar qəbul etdi. Həmin qərara əsasən, 2019-cu ilin qəbul imtahanlarında 6-cı sinifdən 11-ci sinfə qədər bütün dərsliklərdən istifadə olunacaq. Bu qəbuledilməzdir. Bu, birbaşa Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, 2020-ci il üçün nəzərdə tutulan təhsil hədəflərinə, təhsil haqqında qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasında tanınan vətəndaşın təhsil hüququna ziddir. Ona görə ki, prezident İlham Əliyevin 2004-cü il sərəncamına əsasən, bütün dərsliklər orta ümumtəhsil məktəbində oxuyan şagirdlərə pulsuz olaraq verilir. Məsələ isə budur ki, həmin dərsliklər ilin sonunda onlardan alınır. 10-11-ci sinifdə oxuyan və qəbul imtahanlarına hazırlaşan şagird 6-cı sinif kitabını hardan əldə edib, oxuyacaq? Məcburən pul verib həmin kitabları əldə etməlidir. Burdan da bu nəticəyə gəlmək olar ki, DİM-nin qəbul etdiyi qərar şagirdləri əlavə xərcə salmaqdan başqa bir işə yaramır”.

 

 

Ekspert onu da əlavə etdi ki, belə olan halda hər bir valideyn birmənalı olaraq qəbula hazırlaşan uşağına 4 ədəd "Azərbaycan tarixi" və 4 "Ümümi tarix" kitabı almalıdır. Satışda isə kitabların qiyməti kifayət qədər yüksəkdir:


"Bundan başqa, artıq orta məktəblərdə təmayül siniflər yaradılıb və şagirdlər aşağı sinifdə keçilən proqramları yenidən təkrarlayırlar. Ona görə də, ziddiyyətli məqamlar, əlavə xərclər ortaya çıxır. Əgər repetitorların qarşısını almağa çalışırıqsa, yalnız 10-11-ci siniflərdən suallar salınmalıdır. Qəbul edilən qərarlardan biri də kurikulumun bütün standartlarından qəbul imtahanlarında istifadə edilməsidir. Bu standartlar isə qəbul imtahanları üçün yox, orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulub. Təsəvvür edin ki, orada şagirdin təqdimat hazırlaması, mənbələr üzərində iş aparması və s. qeyd olunub. Qəbul imtahanında təqdimat hazırlanmasına və ya mənbə üzərində işləməyə hansısa bir resurs varmı? Xeyr. Bütün bu xırdalıqlar şagirdlərə əlavə yükdən başqa bir şey deyil”.


K.Əsədov onu da bildirdi ki, bütün bu yersiz dəyişikliklər abituriyentlərə mənfi təsir edir, onlarda psixoloji problemlər yaradır:


"Abituriyent qəbul imtahanından keçmədiyi üçün intihar edir. Bu qədər qəlizləşdirilmiş sistem heç də təhsil sahəsində irəliləyişlərə səbəb olmur. Əksinə DİM birmənalı olaraq sözdə təhsili repetitor xidmətindən uzaqlaşdırmağa çalışdığını desə də, tam əksinə, repetitorlara əlverişli şərait yaradır. Halbuki birmənalı olaraq qəbul imtahanlarında şagirdlərin işinin asanlaşdırılmasına səy göstərməlidir. Qəbul proqramına yalnız 10-11-ci sinif dərslikləri salınmalı, insanların kütləvi şəkildə təhsil almasına şərait yaradılmalıdır”.(publika)




Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi