AzTehsil.com


Xəbərlər / Müəllim
07 avqust 2020
3 114


MİQ müsahibəsində müəllim namizədlərə verilə biləcək çaşdırıcı suallar–Cavablama üsulları



MİQ  müsahibəsində müəllim namizədlərə verilə biləcək çaşdırıcı suallar–Cavablama üsulları

 

"MİQ müsabiqəsinin müsahibə mərhələsində psixologiya fənni üzrə  müəllim namizədlərə çaşdırıcı suallar verilər bilər”

Bu sözləri   təlimçi müəllim Günel Əliyeva deyib.

Günel Əliyeva müsahibə mərhələsində ekspertlər tərəfindən  namizədlərə ünvanlanan çaşdırıcı suallara aydınlıq gətirib:

 "Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində namizədlərə xüsusən psixologiya fənni üzrə çaşdırıcı suallar verilə bilər. Bu sualların məqsədi müəllimin psixoloji durumunu və nə dərəcədə təmkinli, səbirli olmasını yoxlamaqdır. Məsələn, ekspertlər namizədlərə "Mövcud olmayan bir heyvan rəsmini çək" sualını ünvanlayırlar.   Bu vəziyyətdə mövcud olmayan heyvanın şəklini çəkməyə cəhd etməkdənsə namizədlər ekspertlərə "Axı qeyd edirsiniz, "mövcud olmayan heyvan” kimi cavab verə bilərlər.   

Həmçinin, həmin sualda namizədlər cavab verə bilər ki, "Çox sayda bitki, heyvan növü, ölkəmizin zəngin florası, faunası olduğu halda niyə olmayan varlığı çəkim ki? İcazənizlə, füsunkar təbiətimizdən bir rəsm çəkə bilərəm. Məsələn, Qarabağ atlarını, Şuşanın Xarı bülbülünü vəsf edim”.

Təlimçi müəllimin sözlərinə görə, müsahibə mərhələsində uğurla keçmək istəyən müəllim namizədləri yetərincə təmkinli olsunlar:

"Müsahibə zamanı gərgin vəziyyət o halda yaradıla bilər ki, namizəd sualın cavabını doğru söylədiyi halda ekspertlər onun psixologiyasını yoxlamaq üçün "səhv dediniz"  və ya  "eşitmədim, zəhmət olmasa bir də təkrar edin" kimi sözlər deyə bilərlər. Namizədlər sualların cavabını izah edəndə ekspertlər bir neçə dəfə "başa düşmədim" deyərək fərqli yollarla izah etmələrini gözləyə bilərlər. Əlbəttə, belə məqamlarda gələcəyin müəllimləri səbirli, təmkinli olmalı, etik davranış qaydalarını gözləməlidirlər. Çünki müəllimin müxtəlif xarakterdə olan şagirdləri olacaq. Belə situasiyaların yaradılma səbəbi müəllimin didaktik (öyrətmə məharəti) və kommunikativ (ünsiyyət) qabiliyyətlərini yoxlayıb, üzə çıxarmaqdır. Müsahibə zamanı namizədlərə ünvanlanan daha bir çaşdırıcı sual nümunəsi: "Dərs vaxtı sinfə fil girsə nə edərsiniz?” Ümumiyyətlə, fil deyəndə dərhal Hindistan yadımıza düşür. Məşhur hind filminin adını çoxumuz xatırlayırıq. Həmin məşhur filmin adı isə "Fillər mənim dostumdur"...  Fil isə dostluğu, sədaqəti, vəfanı xatırladır. Mövzunu isə dərhal dostluqla əlaqələndirmək lazımdır. Təbii ki, müəllimi sinfə fil girməsi nağılına inandırmaq olmaz. Elə buna görə də fikri dostluğa yönəltmək lazımdır”.

Günel Əliyeva bildirib ki, müsahibə mərhələsində müəllim namizədləri utancaqlıq və zəif xarakter göstərsələr müsabiqədən kəsilə bilərlər:

"Müəllim namizədləri müsahibə mərhələsindən yüksək nəticə əldə etmək istəyirlərsə səmimi olsunlar. Həmçinin, müəllim namizədləri ürəklərindən keçən cavabları məntiqlə əlaqələndirib, verməlidirlər.

 Çaşdırıcı sualları düzgün cavablamaq istəyən müəllim namizədlərə tövsiyəm odur ki, psixoloji kitablar oxuyub, məlumatları araşdırsınlar. Müsahibə mərhələsində müəllim namizədləri özünəinam nümayiş etdirsinlər. Çünki utancaqlıq və zəif xarakter göstərsələr müsahibədən kəsilə bilərlər. Ümumiyyətlə, müəllim namizədləri komplekslərini "qapının arxasında qoyub"   müsahibəyə girsinlər. Həmçinin, "Belə desəm nə deyərlər?" düşüncəsindən azad olsunlar. Müsahibə zamanı müəllim namizədlərdə ani bir çaşqınlıq yaranarsa, gülümsəyib, dərhal vəziyyəti tənzimləsinlər”.AzEdu.az 



Загрузка...
Həmçinin oxuyun:
DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

DİM onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlərə xüsusi otaq ayıracaq

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

Direktor namizədlərin nəzərinə: Müddətli əmək müqaviləsi hansı hallarda uzadılır?

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

MİQ-də aşağı bal toplayan müəllim namizədlərə zəruri tövsiyə -“Vakansiya zamanı bunu etməyin”

MİQ-in müsahibə mərhələsindən uğurla keçə bilməyənlər əlavə yerləşdirmədə iştirak edə bilərlər?

MİQ-in müsahibə mərhələsindən uğurla keçə bilməyənlər əlavə yerləşdirmədə iştirak edə bilərlər?

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

Namizədlər  bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

Namizədlər bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

“Deyəcəm ki, səni leylək gətirib” - Müəllim olmaq istəyən namizəd

Müsabiqədən keçməyən müəllim:"Cavabımdan razı qaldıqları üz ifadələrindən bəlli idi"

Müsabiqədən keçməyən müəllim:"Cavabımdan razı qaldıqları üz ifadələrindən bəlli idi"

Müsahibə mərhələsinin üçüncü günü

Müsahibə mərhələsinin üçüncü günü

MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

MİQ-in müsahibə mərhələsinin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü

Müəllimlərə şad xəbər

Müəllimlərə şad xəbər

Nazirlik rəsmisi: “Keçid balından artıq bal toplayan bəzi namizədlər müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər”

Nazirlik rəsmisi: “Keçid balından artıq bal toplayan bəzi namizədlər müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər”

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

Direktor namizədlərdən ən çox soruşulanlar - Xasiyyətnamənin verilməsi qaydaları

Direktor namizədlərdən ən çox soruşulanlar - Xasiyyətnamənin verilməsi qaydaları

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müsahibə mərhələsi davam edir

Müsahibə mərhələsi davam edir

Müəllim namizədləri sevindirən mərhələ, başa çatan vakansiya seçimi - Həftənin təhsil icmalı

Müəllim namizədləri sevindirən mərhələ, başa çatan vakansiya seçimi - Həftənin təhsil icmalı

Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....

Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir