Xəbərlər / Ekspert
24 mart 2022
1 465


Nadir İsrafilov -Deməli, şagird öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.


  Sözüm repetitorlara deyil, problemin birdəfəlik çözülməsinə biganə qalanlaradır.

Son zamanlar Respublikamızda repetitorluğun çiçəklənməsi ilə məktəb mühitinin dağılması və ümumtəhsil məktəbləri şagirdlərinin bu xidmətə cəlb olunmasının kütləviləşməsi ictimaiyyət arasında müəyyən diskomfort yaradıb. Bəla ondadır ki, bir sıra xəstəliklərin cavanlaşması kimi bu yeni fəaliyyət sahəsi də ildən ilə erkən xarakter alır, getdikcə məktəblilərin daha  kiçik yaş qruplarını əhatə edir. Repetitorluq hətta bağca yaşlı uşaqların valideynlərinə də sirayət etməkdə israrlıdır. Əgər15-20 il bundan qabaq paytaxtın və bir sıra digər şəhər mərkəzlərinin müəyyən imkanlı ailələri 10- 11-ci sinifdə oxuyan övladları üçün repetitor xidmətində maraqlı idilərsə, indi ən ucqar rayon və kəndlərin ən imkansız kütləsi belə yuxarı və aşağı sinif fərqindən asılı olmayaraq əlavə müəllim tutmaq, el arasında deyildiyi kimi uşaqlarını müəllim yanına hazırlığa göndərmək zərurətı qarşısında qalıblar.


Nə baş verir? .Bir çoxlarında belə bir təsəvvür yaranıb ki, repetitorluq rəsmi təhsil zəif olan yerlərdə çiçəklənir. Adi məntiqə görə də əgər şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnirsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf edir. Bizdə isə o, hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri-rəsmi məktəbə-repetitorun yanına qaçmalıdır. Deməli, rəsmi təhsilin səmərəsizliyi ucbatından şagird istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur.


Digər tərəfdən ölkə konstitusiyasına və qanunlarına görə Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır. Yəni, dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz, hətta dini təhsil belə. Xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir. Görəsən yüz minlərlə uşağın hansı şəraitdə, kimlərin yanında, hansı formada təhsil almalarından təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməyə məsul olan Təhsil Nazirliyinin xəbəri yoxdur? Əlbətdə var, özü də çoxdan.Olmasaydı o zaman Nazirliyin keçmiş rəhbərliyinin “baş ideoloqu” olan bir nəfərin “Məktəbdə proqram var, proqramın minimum tələbləri var. Çoxlu fənlər var və bu fənlər üzrə də şagirdlər minimum biliklər əldə etməlidirlər.Bəs, bu əlavə biliklər üçün mənbələri harada tapmaq olar?- əlbətdə digər müəllimlərin yanında, hazırlıq kurslarında...”


Hər halda, məsələ bu günədək açıq qalmaqda davam edir. Maraqlıdır ki, bu olaylardan müəyən zaman keçməsinə baxmayaraq Təhsil Nazirliyinin sonrakı komandaları da susqunluq nümayiş etdirərək, məsələyə hər hansı bir ciddi münasibət bildirməyib, “Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik” kimi bəyanatlarla kifayətləniblər.

İstəsək də, istəməsək də razılaşmalıyıq ki, Ümumtəhsil məktəbinin  Nazirlər Kabineti tərəfindən təsdiq olnmuş 17 mart,1994-cü il tarixli Əsasnaməsinin: “Məktəb şəxsiyyətin Konstitusiya və Təhsil Qanununda müəyyən edilmiş təhsil hüququnun həyata keçirilməsində...tədris materiallarının keyfiyyətlə mənimsənilməsində, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsində dövlət və xalq qarşısında məsuliyyət daşıyır “məzmunlu 4-cü maddəsini dəyişərək, 13 yanvar 2011-ci ild ə qəbul olunmuş yeni Nümunəvi Nizamnamənin 3.3 maddəsində “...məktəbin vəzifəsi təhsilalanların meyl maraq və və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsi...müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir “kimi redaktə edilməsi belə məktəbin birbaşa vəzifə məsuliyyətini azaltmir və zəruri  biliklərin qazanılması üçün əlavə yollar axtarmağa əsas vermir.


Repetitorluğu təqdir edənlər və problemin həllində hərəkətsizlik mövqeyi sərgiləyənlər, yəqin bilməmiş olmazlar və bilməmiş olsalar belə bilməyə borcludurlar ki: 

1.Mövcud Qanunvericiliyə görə təhsil sistemində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək dövlətin vəzifəsidir. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən külli miqdarda vəsait ayırır.


2.Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Başqa sözlə təhsil dövlətin nəzarətində olan prioritet fəaliyyət sahəsidir. 3.Təhsilin məqsədi, vəzifələri, təhsil sahəsində dövlət standartları, təhsil və təhsilalma formaları, təhsil sisteminin quruluşu, təhsilin məzmununa və quruluşuna dair tələblər Prezident tərəfindən təsdiq olunmuş Təhsil haqqında Qanunla tənzimlənir. 4.Qanuna əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyir.

Sanki, dövlət tərəfindən təhsil alan və təhsil verənlər üçün istənilən pillədə, ıstənilən formada hər cür lazımi şərait yaradılıb. Repetitorluq isə ildən ilə, gündən-günə rişələnməkdə, özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda  davam edir. Hətta təhsilimiz repetitorların çiynində qərarlaşıb kimi deyimlər yaranıb. Repetitor xidməti və repetitor axtarışı ilə bağlı elanlar getdikcə digər iş elanlarını və şirkət reklamlarını üstələmək üzrədir.


 Bəlkə, kimsə etiraz edib deyə bilər ki, repetitorluğun kimə və nə ziyanı var? Bu halda digər daha düşündürücü sual yaranır. Məktəb varsa əlavə təhsil şəbəkəsinə, müəllim varsa əlavə repetitor institutunun təşəkkül tapmasına nə ehtiyac var və niyə də olmalıdır? Biz lazımi bilik əldə etmək üçün qeyri-qanuni  fərdi fəaliyyətlə məşğul olan repetitorlara və ya dolayısı yollarla və müxtəlif adlarla repetitor xidməti göstərən kurslara pənah aparırıqsa, onda qanuni yolla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamağa borclu olan təhsil müəssisələrimiz nə ilə məşğul olur və ya olmalıdırlar? Belə çıxır dövlətin bu sahəyə ayırdığı milyonlar havaya sovrulur? 


Əgər 11-ci sinfə gələnlərin 30 faizə gədəri attestat almaq səviyyəsində biliklərə malik deyilsə, qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxu 200-dən aşağı bal toplayırsa, niyə çıxış yolu  məktəblərdə deyil, məktəbdən kənar fəaliyyət sahələrində axtarılmalidır? Dövlətin çəkdiyi xərc ona yönəlib ki, məktəb hər bir yetirməsinin timsalında ona zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmiş, gələcək həyata hazır olan şəxsiyyət yetişdirsin.


O fakt da başa düşülən və qəbul ediləndir ki, ölkəmizdə test imtahanlarının tətbiqindən sonra müasir məktəbimizin öz yetirmələrinə verdiyi savad məzunlara ali məktəblərə daxil olmaq və özlərinə gələcək karyera qurmaqda kifayət edəcək qədər yetərli deyil və müəllim də necə deyərlər xoş güzaranından repetitorluğa baş vurmur. Repetitorluğun ləğv olunduğu halda təhsilin keyfiyyətinin kəskin surətdə aşağı düşəcəyini deyənlər, bunun nəticəsi kimi universitetlərimizin boş qalacağını proqnozlaşdıranlar, repetitorları akkreditasiyadan keçirib onlara keyfiyyət sertifikatı verilməsi yolu ilə repetitorluğu hüquqi əsaslarla formalaşdırmağı təklif edənlər, ya repetitorluq ləğv olunmalıdır, ya da məktəb iddiasinda olanlar və sadalamaqla tükənməyən digər fərqli mövqelər kimin haqlı kimin haqsız olduğunu müəyyənləşdirməkdə çətinliklə üzləşən təhsilımızı dilemma qarşısında qoyub.


 Məsələ ondadır ki, dünya təcrübəsində “ya və ya” prinsipindən bu və digər şəkildə çıxış yolu tapan xeyli ölkə və kifayət qədər təcrübə var. Məlum olduğu kimi deyək ki, qonşu Rusiyada şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənışli dərslər keçirilir.Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu mübarizə yolu müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır. Digər maraqlı təcrübələr də var. Hər halda, ilkin olaraq bu təcrübələrdən nisbətən optimal sayılanını seçib, tətbiq etmək tərəddüdlərə son qoymaq yolunda ilk addım ola bilər.


 O da bir həqiqətdir kı,artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət ğöstərir,”gəlim-görüm” prinsiplərinə “sədaqət andı” içirlər. Bu, bir tərəfdən pedaqoji dəyərlərin nə dərəcədə aşındığının, digər tərəfdən isə  dağıdıcı “anti-məktəb” prosesinin təşəkkülünün göstəricisidir. Ən təhlükəli olanı isə odur ki, “parlaq gələcək” axtarışında müəllim deyil, repetitor “talisman” obrazinda çıxış edir. Sistemləşdirilmış biliklər əldə etmək üçün kompleks təlim-tərbiyə müəssisəsinə- məktəbə, müəllimə deyil, konkret ixtisas üzrə test suallarına hazirlaşmaq üçün əlavə xidmətə - repetitora  müracıət ehtiyac meyarına çevrilir. Repetitor institutu da yerində saymır, forma və məzmunca durmadan təkmilləşir. Artıq pedaqoji leksikonumuza daha prestijli və qiymətcə fərqli “bunker repetitoru” anlayışı gətirilib.

Nə etməli? Təhsilimizin “məbədgahı” saydığımız məktəbin, ən müqəddəs və şərəfli peşə hesab etdiyimiz müəllimin bəxtinə çıxan “tale payında” ədaləti bərpa etmək üçün müəllimı məktəbə şagirdi sinfə qaytarmalıyıq. Bunun üçün isə müəllimə normal güzəran, şagirdə normal mühit yaratmalıyıq. Elə olmasın ki, bir müddət sonra, "Ya şundadır ya bunda, helvacının kızında" dilemması qarşısına qalaq. Əslində, qalmışıq da...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Ölkədə belə  bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

Valideynlərdən Emin Əmrullayevin erkən təhsillə bağlı fikrinə MÜNASİBƏT - VİDEO

Valideynlərdən Emin Əmrullayevin erkən təhsillə bağlı fikrinə MÜNASİBƏT - VİDEO

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib

Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

Məktəblərdəki problemlər nədən qaynaqlanır?  Dosent İlham Əhmədov

Məktəblərdəki problemlər nədən qaynaqlanır? Dosent İlham Əhmədov

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər