AzTehsil.com


Xəbərlər / Müəllim
15 noyabr 2021
972


Nadir İsrafilov - Bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb.





"Repetitorluq məktəb mühitinin deqredasiyasının təkanverici amilidir. Repetitor dəstəyinə yönəlmə, ali məktəb sevdası ilə bilavasitə əlaqədardır. Distant təhsilə keçidlə əlaqədar repetitorluğun daha da aktuallaşması prosesi geniş miqyas alarsa, istənilən halda, ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan, pandemiya səngiyəndən sonra məktəblərdə təmayülləşmə prosesi ciddiləşdirilməli, dərs saatı hesabına repetitor yanına “gediş-gəlişə” nəzarət gücləndirilməlidir".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bəlkə də təhsilimizin digər elə bir sahəsi yoxdur ki, repetitorluq qədər gündəmə gətirilməsin, bu dərəcədə müzakirələrə və mübahisələrə səbəb olmasın, özünə bu qədər tərəfdar və əleyhdar tapmasın: "Repetitorluğa heç vaxt birmənalı münasibət olmayıb, elə, bu günün özündə də. Başqa sözlə desək, repetitorluq nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir.


Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. Distant təhsilə keçidlə əlaqədar bu məsələ bir qədər də aktuallaşaraq, günümüzün reallığına çevrilməkdədir".



Ekspert qeyd edir ki, məsələnin yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları, sanki sözləşərək iki qütbə bölünüblər. Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da, yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da. Məsələnin ciddiliyi bir də ondadır ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur.


Repetitorluq nə deməkdir?


"Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayiət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbi ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənin sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmin məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi"?- deyə ekspert bildirib. O, bildirib ki, bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən, məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi: "Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bununla belə, repetitorluqla məşğul olanların cərimələnməsi barədə faktlara da ara-sıra təsadüf edirik".


Ekspertin fikrincə, əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı.


"Bu halda, həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar.


Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər",- deyə N.İsrafilov əlavə edib.


Repetitorluğun leqallaşdırılması nəticəsində, habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa da, prosesin təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar.


Ekspert hesab edir ki, əgər toplumun müəyyən hissəsi belə bir qənaətdədirsə ki, təhsilimiz repetitorların ümidinə qalıb, bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb. Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundadırlar, bu artıq təhsilimizin problemidir və onun optimal variantı barədə düşünməyin vaxtıdır: "Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istərsə də tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsil alan və təhsil verən şəbəkəsini əhatə edir. Hələ ki, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir".




Загрузка...
Həmçinin oxuyun:
"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

"Repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıb

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Ölkədə belə  bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

Ölkədə belə bir rəy yaranıb ki, repetitor yanına getməyən şagirdın universitetə qəbul olma şansı yoxdur.

"Repetitorluq təhsili içərisindən yeyir və xeyli fəsadların səbəbidir..." - Ekspert

"Repetitorluq təhsili içərisindən yeyir və xeyli fəsadların səbəbidir..." - Ekspert

Dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur

Dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 faiz böyüməsi ehtimal olunur

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Vəfa Yaqublu: “Repetitorluq fəaliyyəti Təhsil Nazirliyinin tabeliyində deyil"

Vəfa Yaqublu: “Repetitorluq fəaliyyəti Təhsil Nazirliyinin tabeliyində deyil"

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Elçin Əfəndi: Repetitorlar bu sayt  vasitəsilə qeydiyyatdan keçməlidir

Elçin Əfəndi: Repetitorlar bu sayt vasitəsilə qeydiyyatdan keçməlidir

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

Müəllimlər hər ay bu qədər pul ödəməli olacaqlar - Sadə dildə izah

Müəllimlər hər ay bu qədər pul ödəməli olacaqlar - Sadə dildə izah

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

“Problemsiz  Tarix dərsliyimiz yoxdur” –  Alim təhsilin əsas problemini açıqladı

“Problemsiz Tarix dərsliyimiz yoxdur” – Alim təhsilin əsas problemini açıqladı

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov - "Ənənəvi təhsilə start verilməsi bunun heç də bütün il boyu davam edəcəyi anlamına gəlmir "

Nadir İsrafilov - "Ənənəvi təhsilə start verilməsi bunun heç də bütün il boyu davam edəcəyi anlamına gəlmir "