AzTehsil.com


Xəbərlər / Ekspert
17 dekabr 2021
789


İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən universitetlərimiz




Universitetlərin  pandemiya dövründə yeni tədris formatlarına və bu səbəbdən  də rəqəmsal xidmətlərə yüksək tələbatı  yarandı. İlk dəfə olaraq onlayn təhsil sferasına ciddi investorların axını baş verdi, bunun sayəsində cəmi bir il ərzində, bir çox rəqəmsal  təhsil platformaları iri masştabda böyüdü  və inkişaf etdi.


Pandemiya dövrünün  universitet təhsili bütün dünyaya göstərdi ki, tələbələr  onlayn təhsil almağı  çox bəyəniblər (təbii ki, əgər proseslər  düzgün qurulubsa). Rəqəmsallaşma tələbələrə  seçim azadlığı verdi: universitetlərin, proqram və formatların seçim azadlığı. Təbii ki, belə vəziyyətdə universitetlər arasında rəqabət  də güclənir. Bəs bu rəqabətdə müsabiqədə necə qalib gəlmək  olar?


Rusiya və MDB ölkələri onlayn təhsil sahəsində  dünyadan çox geri qalır. Biz isə Rusiyadan xeyli geridəyik.  2020-ci ildə Rusiyanın onlayn təhsil bazarı 1 milyard  dollar  həcmində qiymətləndirilirdi. Bizdə idə onlayn təhsil bazarının  maliyyə tutumunu  hələ ki, heç kəs qiymətləndirməyib, çünki, bu təhsil formatı  hələ də  formalaşmayıb. Əksinə son 20 il ərzində   onun yaranmasına və inkişafına xeyli maneələr törədilib, bu təhsil texnologiyasına  rəsmi  sənədlərdə yaşıl işıq yandırılsa da, reallıqda nazirliyin və  təhsil qurumlarının ögey münasibəti  olubdur.


ABŞ, Çin və Hindistan kimi ölkələrin  onlayn təhsil bazarının tutumu Rusiyadan  xeyli  çoxdur.  Ekspertlərin proqnozlarına görə,  yaxın illərdə qlobal onlayn təhsil bazarının həcmi 400 milyard dollara, 2030-da trilyon  dollar keçəcək.  Artıq bu gün qlobal və milli  onlayn  təhsil  platformalarının  təxminən 200 milyon dinləyicisi var, bu  say dünyada olan bütün tələbələrin sayı ilə müqayisə oluna bilən bir rəqəmdir.


Pandemiya müddətində  rəqəmsal texnologiyalara   keyfiyyətli  təhsilə  əlçatanlığı  təmin edən,  yeni təhsil imkanları yaradan bir sistem  kimi baxan müəllimlərin  sayı dünya  üzrə  30%-dən 70%-ə qədər artıb.  Bununla belə  dünyada əks qütbdə olan, hələ də yeni təhsil formatına keçə bilməyən  xeyli sayda universitetlər mövcuddur. Bunlar əsasən təhsildə autsayder olan ölkələrin universitetləridir (son 15  il ərzində TOP 1500 universitetlər sırasında bir universitetlə belə  təmsil oluna bilməyən ölkələrin universitetləridirlər).  Belələri şütüyən qatara çatmaq üçün  əbəs  yerə  qaçan  sərnişinə bənzəyir).


Universitetlərin  rəqəmsallaşması  nə bir ayın, nə də bir ilin işi deyil. Lider universitetlər  30 ildir ki, bu yoldadırlar, bu  yönlü inkişaf  layihələr və proqramlarının icrasına  yüz milyonlarla (bəziləri isə   milyardlarla)  dollar vəsait sərf ediblər,   Bizdə artıq bəzi universitetlərdə rəqəmsallaşma üzrə prorektor sştatı təsis edilmişdir. Amma illər ərzində təhsilin informatlaşması üzrə kadr hazırlığı aparılmadığından mütəxəssis qıtlığı var, qeyri mütəxəssislərin isə təyinatı  universitetə  heç nə verə bilməz, real vəziyyəti dəyşdirməz.  Eyni vəziyyət strateji idarəetmə üzrə prorektor ştatlarına  təyinatında da müşahidə edildi. Universitetlərimizin əksəriyyətində müasir universitet modeli  haqqında dolgun təsəvvürü olan kadrlar qıtlığı hiss edilir.


Bütün aşkar çətinliklər və problemlərə baxmayaraq,  onlayn ali təhsilin  böyük gələcəyi var.  Bunu dərk etməyənlər  müasir təhsildən məlumatsızdırlar.  Belələri təhsil menecerləridirsə, onda bu ölkələrdə  yaxın gələcəkdə təhsil sistemi çökə bilər.


Rəqəmsallaşma prosesində  universitetlər bir çox cəhətlərdən təhsil  “dizaynerlərinə”,   təhsil “konstruktorlarına” çevrilirlər.   Universitet oflayn və ya   onlayn  olaraq  fənn və modulları, müxtəlif auditoriya  və səviyyələri  əhatə edən, əsas və əlavə təhsil imkanları yaradan,   asan öyrənmə mühiti təmin edən   unikal, innovasion  ekosistemə çevrilməkdədirlər.  Bu hər bir tələbənin fərdi təhsil trayektoriyası   və öyrənmə tempini saxlamaqla, onlara  geniş çeşidli seçim imkanı yaradır.


Elektron təhsil  smart təhsilin  əsas  texnologiyasıdır.  Çox yaxın gələcəkdə  iri  həcmli  verilənlərin emalı və süni intellektin  bu proseslərdə  iştirakını nəzərə almaq  lazımdır. Beləliklə bu texnologiyalar kütləvi və fərdiliyi nəzərə almaqla, fasiləsiz, ucuz və keyfiyyətli  təhsil sistemini  əlçatan edəcəkdir.  Bu keyfiyyətlər  tarix boyu  bütün təhsil sistemlərinin  əlçatmaz arzusu olub. İndi isə bu arzunun reallaşması gözümüzün qarşısında baş verir. Əlbəttə ki, bunu  qiymətləndirən və bacaran universitetlərdə.


Artıq  rəqəmsallaşma gələcək deyil. Rəqəmsallaşma bu günümüzün qaçılmaz reallığıdır. Bunun alternativi yoxdur. Bizim qarşımızda  milli universitetlərimizin rəməqsal sıçrayış zərurəti durur, çünki, dünya universitetlərindən rəqəmsal geriliyimiz, rəqəmsal uçurum böyükdür. Bunun üçün universitetlərimiz rəqəmsallaşma  baxımından  yetkinləşməli, qabaqcıl universitetlərin təcrübələrindən faydalanmalı, bu  məsələlərdə kompetensiyalarını artırmalıdırlar.  Ölkə Prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi  kimi,  “….biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək.”


Qarşımızda isə bizə daha uyğun və daha yaxın olan Türkiyə universitetlərinin bu sahədəki  müsbət təcrübəsi  var. Bu universitetlər bizə  kömək  əlini uzatmağa daim hazırdırlar.    Qarabağı  işğaldan azad etməkdə qardaşlarımız  texnoloji dəstək verdikləri  kimi,  təhsil geriliyimizi də  aradan qaldırmaqda dəstək verməyə  hazırdırlar. Bu dəstək hərbi-texnoloji dəstəkdən daha vacibdir. Çünki,  ölkənin  təhsilsizlik problemi Qarabağ problemindən daha ağırır.




Загрузка...
Həmçinin oxuyun:
Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent  İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent İlham Əhmədov

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil naziri rektorlarla onlayn görüşüb

İlham Əhmədov : Universitetlərin  potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

İlham Əhmədov : Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir.

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Azərbaycanda müəllimlərin maaşı bir çox MDB ölkələrindən geri qalır

Azərbaycanda müəllimlərin maaşı bir çox MDB ölkələrindən geri qalır

İmtahanlar internetdə davam etsin

İmtahanlar internetdə davam etsin

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Konservatizm   və təhsildə innovasiyalar

Konservatizm və təhsildə innovasiyalar

“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” – Prezident

“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” – Prezident

“Sentyabrdan onlayn sınaq imtahanları keçiriləcək”-Məleykə Abbaszadə

“Sentyabrdan onlayn sınaq imtahanları keçiriləcək”-Məleykə Abbaszadə

Mənsum İbrahimov: “Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur”

Mənsum İbrahimov: “Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov