AzTehsil.com


Xəbərlər / Müəllim
16 noyabr 2021
792


Onlayn təhsil: müsbət və mənfi cəhətləri




 

 Bu gün pandemiya ilə əlaqədar  bütün dünya distant təhsil sisteminə keçmişdir. Əksər ölkələr on illərcə əvvəldən artıq distant təhsil sistem  qurmuşlar, ona görə bu ölkələrdə distant təhsilə keçid problemsiz oldu.

Amma, baxmayaraq ki, bizim ölkədə son 15 ildə distant təhsilin yaradılması ilə əlaqədar bir sıra  dövlət proqramları qəbul edilmişdi, təəssüf ki, bu proqramlar yaxşı  icra edilmədiyindən nəticəsi zəif olmuş, hələ də distant təhsil sistemi yaradılmamışdır.  Bu səbəbdən pandemiya dövründə bizdə  distant təhsilin təşkilində müəyyən problemlər yaşandı. 


Amma  beynəlxalq təhsil praktikasında  distant təhsilin tətbiqi üzrə xeyli təcrübə toplanmışdır. Bu təcrübə göstərir ki, hər bir təhsil texnologiyası kimi, distant təhsilin də müsbət və mənfi cəhətləri var. Lakin müsbət  cəhətləri  mənfilərdən dəfələrlə çoxdur, bu səbəbdən də qlobal təhsil məkanında distant təhsil belə geniş yayılıb. Özünü qlobal təhsil məkanının bir hissəsi hesab edən təhsil sistemləri  bu texnologiyadan geniş istifadə edirlər.

 

Ümumən  hər on amerikalıdan biri onlayn təhsil alır. Bu  vəziyyətin belə izahı var: 


1) mühazirə və seminarlarda iştirak etmədən təhsil almaq çox rahat və qənaətcildir, 2) bütün dünyada ömürlük təhsil ideologiyası (“hamı üçün təhsil” və “həyat boyu təhsil”)  reallaşdırılır ki, bu da tək  gənclərə deyil, həm də yaşlılara  fasiləsiz təhsil almaq imkanı verir.  Distant təhsil texnologiyası fasiləsiz təhsilin, əlavə təhsilin ən əlverişli variantıddır. 


      Bir  sıra postsovet  ölkələrində keçən əsrin bəzi  ənənələri hələ də qalmaqdadır.  O ənənələrdən biri də  valideynnin  övladlarının hökmən universitet təhsili alması arzusu idi. Ali təhsil almaq o vaxtlar xüsusi üstünlük sayılırdı (hal hazırda, qərb ölkələrində gənclər getdukcə kolleclərə daha çox üz tuturlar). Bəzi valideynlər (xüsusən qızların valideynləri) fikirləşirdi ki, heç olmasa  övladım universitetə “gedib-gəlsin”, sosiallaşsın.   Bu səbəbdən universitetə daxil olmadan, onlayn təhsil almaq bizim üçün  bir müddət maraqlı olmadı, həm də bu sistem ölkədə mövcud deyildi.  Buna baxmayaraq, hər yerdə mövcud olan İnternet bizə göstərdi ki, “bizimkilər”  də artıq Google və Facebook-dan geniş istifadə edirlər, artıq xarici universitetlərdə  xeyli  gənclərimiz onlayn təhsil alırlar (baxmayaraq ki, TN 15 ildir distant oxuyanların diplomunu qanunları pozaraq tanımaq istəmir).  


Onlayn təhsilin müsbət və mənfi tərəflərinin nədən ibarətdir? Gəlin  bu suala cavab axtaraq.  Bu məqsədlə İnternet mənbələrini araşdırsaq məlum olar ki:


1. Coursera.  Ən çox yayılmış onlayn kurs (və ya kurslar)  Coursera-dır (25 milyon istifadəçisi var). Bu qeyri-kommersiya platforması ilk növbədə öz peşəkar bacarıqlarını müstəqil şəkildə təkmilləşdirmək,  özünütəhsil yolu ilə müəyyən sahədə öz biliklərini genişləndirmək və ya dərinləşdirmək  istəyənlər üçün yaxşı imkanlar açır.  İndi ciddi işəgötürənlərin  (iri şirkərlərin) gözündə distant təhsilli məzun daha cəlbedici  görünür.  

Amerikada kursu bitirmə sertifikatı işə qəbul üçün  məqbul sayılır. Ciddi oxumaq, ev tapşırığı icra etmək, müzakirələrdə iştirak etmək, mövzudan  məlumatlı olmaq lazımdır ki, sərbəst təhsil ala biləsən.  Mühazirələr  daha interaktivdir (elektron resurs buna yaxşı imkan verir).  


2.  Xan Akademiyası. Salman Khan tərəfindən yaradılıb, təxminən 17 milyon istifadəçisi var. Həmçinin burda təhsil pulsuzdur, 180 milyon video dərs var, 700 milyon həll edilmiş məsələlər  toplanmışdır.  


“Çevrilmiş” sinif otaqları ideyası fəal şəkildə  tətbiq edilir, burada tələbələr bütün materialları, video mühazirələri  sərbəst əldə edərək, evdə əlverişli vaxtda dərsə hazırlaşır, sinifdə müzakirələr edir, suallara cavablar tapır,  məsələlərin həlli ilə tanış olur. 

 

3. edX. Təkcə ABŞ-ın deyil, dünyanın  digər ölkələrinin də ən yaxşı universitetləri ilə əməkdaşlıq edən bu resursda artıq milyonlarla tələbə qeydiyyatdan keçib və onlayn kurslar almaq qərarına gəliblər. Onların yaş həddi  25-dən 95-ə qədərdir. edX, bütün digər klassik platformalar  kimi, video mühazirələr, oxu və müstəqil  tapşırıqları özündə birləşdirir, mövzularda və bilik sahələrində heç bir məhdudiyyət qoymur. Bu gün resursun ən populyar kursları (tezliklə başlayacaq kurslar) “Bulud texnologiyalarına giriş”, “ Problemlərin Yaradıcı həlli və qərarların qəbulu”, TRİZ v.s.  kurslarıdır. Kurslar Harvard, Massaçusets Texnologiya İnstitutu, Kaliforniya Universitetinin professorları tərəfindən tədris olunur! Çox güclü elmi bazaya  malikdir.  Bir problem var ki, bütün nresurslar ingilis dilindədir, amma tezliklə bu məsələ də həllini tapacaqdır. İndi keyfiyyətli yazılı və şifahi sinxron tərcümə proqramları mövcuddur. Yaxın illərdə süni intellect vasitəsi ilə daha da mükəmməl tərcümə sistemləri yaradılacaqdır. O vaxt,  bahalı  və  avro təmirli  kampusları  olan zəif universiterlərə  heç bir yerli tələbə daha müraciət etməyəcəkdir. 


4.  "Arzamas". Bu rusdilli portaldır. Burada heç bir sertifikat və ya diplom verilmir. Ancaq hər həftə portala müxtəlif kurslar üzrə mühazirələr yerləşdirilir.  Bu kanalda əsasən  humanitar elmlər üzrə kurslar yerləşdiriləcəkdir. 


5. "Universarium". Bu platforma pulsuzdur,  açıq  kütləvi onlayn kurslar 

(MOOC) texnologiyası əsasında fəaliyyət göstərir. "Lektorium"dan fərqli olaraq, müxtəlif istiqamətlərdə çoxlu  kurslar var: kosmos, dizayn, idarəetmə, mədəniyyətşünaslıq, nüvə fizikası, makroiqtisadiyyat və s. Kurslar  əsasən uşaqlar və valideynlər üçün  nəzərdə tutulur.  Platformanın yaradıcısı Dmitri Quzhelya hesab edir ki, “Universarium” “ali təhsili  sıxışdırmır, əksinə onu tamamlayır”. Burada hər şey ciddidir - siz ev tapşırığını yerinə yetirməli və yekun qiymətləndirmə testlərindən keçməlisiniz. 


Beləliklə, təklif olunan onlayn təhsil  platformalarını  araşdıraraq, bəzi nəticələr çıxara bilərik:


1.    Onlayn təhsil  ənənəvi təhsilə rəqib deyil (ən azı bu gün).

2.    Onlayn təhsil almaq üçün yüksək motivasiya lazımdır. (xaricdə yeni iş almaq v.s.)

3.    Müşahidə göstərir ki, ali təhsilli insanlar onlayn rejimdə  təhsil almaq üçün daha çox uğur   qazanırlar. 

4.    Kompüterdə və ya planşetlə  daim  sıx ünsiyyətdə olmaq, bu fikrimizcə,  bu sağlamlığa  ziyandır.  

5.    İnsanların  virtual deyil, real ünsiyyətə tələbatı var.

6.    Əgər əzmkarlığınız  və motivasiyanız varsa, kursları bitirib sertifikat ala bilərsiniz.

7.    Onlayn təhsil əlavə təhsil və  özünütəhsil üçün  daha çox uyğundur: vaxta  və resurslara qənaət etmək olar. Hətta orduda xidmət edərkən  də oxumağa davam etdirə bilərsiniz. 

8.    Daha mükəmməl  onlayn təhsil platformalarında  təhsil alın. 

Dos. İlham Əhmədov




Загрузка...
Həmçinin oxuyun:
Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Ceyhun Məmmədov – Daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Salyanda bir sinif distant təhsilə keçdi

Salyanda bir sinif distant təhsilə keçdi

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Elçin Əfəndi: “Distant təhsilə tam keçid edilərsə, qiyabi təhsil formasına ehtiyac qalmayacaq”

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

Müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

UNEC rektoru: “Distant təhsilin rəsmi tətbiqi vaxtının çatdığına inanırıq”

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır