Xəbərlər
31 oktyabr 2021

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura pilləsində bir qrup distant təhsilə keçib.

Bununla bağlı Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin qrupda bir tələbədə virus aşkarlandığı üçün distant təhsilə keçilib.

Qeyd edilib ki, əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçib və artıq əyani dərslərə geri dönüblər.



Загрузка...
loading...

Həmçinin oxuyun: