AzTehsil.com


Xəbərlər / Ekspert
21 iyun 2021
1 051


Nadir İsrafilov -Təhsilsiz qalan valideynlərə dərsin təşkil edilməsi, regionlarda maarifçilik işlərinin aparılması bu sahədə unikal praktikadır.



 Nadir İsrafilov -Təhsilsiz qalan valideynlərə dərsin təşkil edilməsi, regionlarda maarifçilik işlərinin aparılması bu sahədə unikal praktikadır.

 

Gənc müəllim Aynur İbrahimovanın bu günlərdə start götürən təhsilsiz valideynlərə dərs keçilməsi məqsədinə xidmət edən "Oxumaq heç vaxt gec deyil” layihəsi mənə təxminən 5 il bundan qabaq yaşlıların təhsili ilə əlaqədar gündəmi zəbt edən polemikanı xatırlatdı. Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrdə çoxdan və uğurla həyata keçirilən bu tip layihələrin əsas məqsədi - "Qoy üçüncü yaş dövrü insanın həyatının uzadılmasına və ondan tam zövq almasına yönələn bir dövr olsun”- devizini reallaşdırılması idi. 

Bu kimi layihələrin tərəfdarları Amerikalı filosof, sosioloq, futroloq Alvin Tofflerin "21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir” prinsipindən çıxış edərək, "təhsil praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusudur” ideyasına əsaslanırdılar. Başqa sözlə, təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur. "Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.” Con Dyuinin təbirincə desək, ən geniş anlamda təhsil həyatın sosial davamı üçün bir vasitədir. 

 "Hazırkı ana nənə və babalar vaxtlarını daha çox həyətdə skamyada oturmaqla və teleseriallara baxmaqla keçirir və qocalırlar” kimi fikirlər irəli sürənlər də oldu, axşam və qiyabı təhsilin məhdudlaşdırıldığı bir şəraitdə yaşlıların təhsilinin o qədər də real görünməməsi qənaətində olanlar da oldu. Bir vaxtlar dünya ölkələrinin, o cümlədən  qonşumuz Rusiyanın təcrübəsinin bizim ölkəmizdə də yayılması mümkündürmü? – sualı heç də hamı tərəfindən bir mənalı qarşılanmasa da, bu  gün ölkəmizdə "Oxumaq heç vax gec deyil” prinsipindən çıxış edərək,  yaşlıların təhsilinin təşkilinə belə heç bir məhdudiyyət qoyulmur. Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması istiqamətində müəyyən işlər görülür.

"Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi "Qaydası”na əsasən əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir. 

Hesab edirəm ki, ömür boyu təhsili reallaşdırmaq üçün müxtəlif tip kurslar, fakültələr, dərnəklər, bölmələrin təsis edilməsi ilə yanaşı gənc müəllim Aynur İbrahimovanın təhsilsiz qalan valideynlərə dərs təşkil etməsii, regionlarda maarifçilik işləri aparması bu sahədə unikal praktika olub, yaşlıların təhsili sahəsində yeni metodologiyadır. Belə bir nəcib təşəbbüsü irəli sürdüyünə görə Aynur İbrahimovaya dərin təşəkkürlər.



Загрузка...
Həmçinin oxuyun:
Sədr müavini -Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki,...

Sədr müavini -Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki,...

"Elm öyrənmək heç zaman gec deyil"...Bəs ahıl yaşda tələbə olmağın anlamı nədir? AÇIQLAMA

"Elm öyrənmək heç zaman gec deyil"...Bəs ahıl yaşda tələbə olmağın anlamı nədir? AÇIQLAMA

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilsin

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi üzrə tədbirlərin 8%-i icra edilməyib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır