AzTehsil.com
RU


Xəbərlər / Müəllim
25 yanvar 2021
41 083


Azərbaycanda təhsilin pillələri və səviyyələri



Azərbaycanda təhsilin pillələri və səviyyələri

 

İbtidai təhsil
İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurikulumuna) əsasən həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.

Ümumi orta təhsil
Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi - şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır

Tam orta təhsil

Orta təhsil haqqında Attestat
Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurikulumların) tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.

Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu - on birinci sinifləri əhatə edir və bu pillədə təhsil alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

İlk və orta peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və s. qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

İlk peşə
İxtisas təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur. İlk peşə-ixtisas məktəblərini ümumi orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi - attestat verilir.

Orta peşə
İxtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir.

Orta peşə-ixtisas təhsili əsasən kollec və ali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.

Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Ali təhsil
Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;
İkinci pillə – magistratura;
Üçüncü pillə – doktorantura.
Bakalavr
Bakalavr təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsil pilləsini bitirmiş məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla bütün digər sahələri əhatə edir.

Magistratura
Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.

Doktorantura
Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirilir:

Fəlsəfə doktoru elm sahələri göstərilməklə;
Elmlər doktoru elm sahələri göstərilməklə.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin qəbulu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri, həmçinin ödənişli əsaslarla ali təhsil müəssisəsi ilə əcnəbi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Doktoranturada təhsilini başa vuran və müvafiq elmi dərəcə alan şəxslərə müəyyən olunmuş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.

Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi dissertantura yolu ilə də reallaşdırılır. Dissertanturaya ali təhsil müəssisələrində və elmi təşkilatlarda çalışan elmi-pedaqoji kadrlar qəbul olunurlar. Dissertanturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Загрузка...
Həmçinin oxuyun:
“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Kollec bitirənlərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Kollec bitirənlərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Ali təhsil müəssisələrində orta ixtisas təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

Ali təhsil müəssisələrində orta ixtisas təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Qəbul qaydaları dəyişdirilir

Qəbul qaydaları dəyişdirilir

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər

Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər