AzTehsil.com


Xəbərlər / Müəllim
10 aprel 2021
2 973


Müəllim şagirdlərə sadəcə nəyi öyrənəcəklərini deyil, necə öyrənəcklərini də izah edir



Müəllim şagirdlərə sadəcə nəyi öyrənəcəklərini deyil, necə öyrənəcklərini də izah edir

 

Effektiv Məktəbdə Müəllim

Şagird yönümlü olma – Müəllim, hər bir şagirdi öyrədə biləcəyinə və hər bir şagirdin öyrənə biləcəyinə inanır; böyük bir şövqlə və məsuliyyətlə şagirdlərin təlim-tərbiyəsiylə maraqlanır; şagirdin öyrənməsini və inkişafını mütəmadiən izləyir; şagirdlərə sadəcə nəyi öyrənəcəklərini deyil, necə öyrənəcklərini də izah edir; şagirdlərin maraq, istək, ehtiyac və gözləntilərini nəzərə alaraq öyrənmə mühiti yaradır; öyrənmə prosesində hər bir şagirdin iştirakını təmin edir; siniflə bağlı qərar almada şagirdlərin iştirakını təmin etməklə onlarda məsuliyyət hissini formalaşdırır; şagirdlərə şəxsi nümunə olur; dərslərində müvəffəq  və davranışlarında intizamlı olan şagirdləri təqdir edir və mükafatlandırır.

Əməkdaşlıq etmə – Müəllim, şagird mərkəzli təlim üsulları, sinif idarəetməsi, sağlam ünsiyyətin qurulması çətin olan şagird və valideynlərlə bağlı bilik və bacarıqlarını, təcrübəsini və ya çətinliklərini məsləkdaşları ilə bölüşür; məktəb rəhbərliyinin, məsləkdaşlarının və valideynlərin dərsini dinləməsini məmnuniyyətlə qarşılayır; dərs işləmə tərzi və məsləki ehtiyacları ilə bağlı məktəb rəhbərliyinin və məşləkdaşlarının obyektiv fikirlərini dinləyir. Müəllim, övladının öyrənmədəki müvəffəqiyyətindən, valideynin savadlılıq səviyyəsindən və ya digər səbəblərdən asılı olmayaraq bütün valideynlərə obyektiv yanaşır; şagirdin təlim-tərbiyəsinə töhvə vermək üçün zamanında valideynlə əlaqə saxlayır; şagirdin öyrənmə səviyyəsi haqqında mütəmadi olaraq valideyni məlumatlandırır; övladının dərsində iştirak etmək üçün valideyni təşviq edir; şagirdlərlə bağlı qəarar vermə prosesinə valideynlərin qatılmasına şərait yaradır; iclaslarda və fərdi görüşmələrdə valideynlər və şagirdlərlə bağlı gözləntilərini ifadə edir; valideynlərin də məktəblə bağlı gözləntilərini öyrənməyə çalışır və bu gözləntiləri məktəb rəhbərliyi ilə də bölüşür; iclaslarda valideynləri məktəbin intizam qaydaları ilə tanış edir və bu qaydalara əməl edilməsinin zəruriliyini vurğulayır; valideyn və şagirdlərlə bağlı məsələlərin həllində valideyn komitəsinin sədrinin səmərəli fəaliyyət göstərməsi üçün onunla əməkdaşlıq edir. 

İnkişafa açıq olma – Müəllim, mütəmadiən özünü inkişaf etdirmə arzusuna sahibdir və yeni üsullar öyrənməyə və tətbiq etməyə cəhd edir; effektiv öyrənmə mühiti yaratmaq üçün bilik və bacarıqlarını dəyərləndirir; vəzifəsini yerinə yetirməsiylə bağlı rəhbərliyin, məsləkdaşlarının, şagirdlərin və valideynlərin fikrini alır; özünü dəyərləndirmə nəticəsində əldə etdiyi fikir ilə ətrafından əldə etdiyi fikirləri qarşılaşdıraraq məsləki ehtiyaclarını müəyyənləşdirir; məsləki ehtiyaclarını qarşılamaq üçün mütaliə edir, məsləkdaş dəstəyi alır və təlimlərə qatılır.
 
Gülşən Əlizadə




Загрузка...
Həmçinin oxuyun:
Effektiv Məktəb Rəhbərliyi

Effektiv Məktəb Rəhbərliyi

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Təlimdə geri qalan şagirdlərlə işin təşkili

Təlimdə geri qalan şagirdlərlə işin təşkili

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Sinif rəhbərliyi və intizam

Sinif rəhbərliyi və intizam

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır? - Cavab

Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır? - Cavab

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

Sinif rəhbərinin 2 əsas istiqaməti var:

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Bakıda müəllim şagirdi döydü? - Valideynləri övladının döyüldüyünü iddia edir-VİDEO

Bakıda müəllim şagirdi döydü? - Valideynləri övladının döyüldüyünü iddia edir-VİDEO

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....