AzTehsil.com


Xəbərlər
30 iyul 2020
1 461


“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı



“Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanın təqdimatı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin "Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.

Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli alim Hüseyn Həşimlinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor H. Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi məqalənin, yüzlərlə qəzet məqaləsinin müəllifi idi. Qeyd olunub ki, H.Həşimli  müstəqillik dövrünün yaratdığı imkanlar sayəsində Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri, mövzu rəngarəngliyi məsələlərini öyrənmək yönündə arxiv materialları və köhnə nəşrlərdə olan ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini tədqiq edə bilib.

"Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı monoqrafiyası haqqında bir neçə söz” adlı məruzəsində Ə.Quliyev vurğulayıb ki, qədim və zəngin tarixə malik Naxçıvanın XX əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun özünəməxsus yeri vardır. Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr dəyərini bu gün də saxlamaqdadır. Onun sözlərinə görə, professor H.Həşimli görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alaraq və uzunmüddətli araşdırmalarının nəticəsi olaraq "Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasını  nəşr etdirib.   

Vurğulanıb ki, giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Əli Səbri Qasımovun 91 illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılıb. Görkəmli yazıçının "Qaraçılar”, "Ümid işıqları”, "Himayə”, "Firuzun kədəri” kimi mükəmməl hekayələri də elmi-ədəbi təhlilə cəlb olunub, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilib.

Təqdimat mərasimində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri- filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Ramiz Qasımov çıxış edərək professor H.Həşimlinin ictimaiyyətə təqdim olunan əsərini Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən biri kimi yüksək qiymətləndiriblər. Qeyd olunub ki, əsər Əli Səbri Qasımov haqqında ən ciddi, ədəbi-tarixi faktlarla zəngin və nəzəri cəhətdən yüksək elmi səviyyədə əsaslandırılmış fundamental monoqrafik tədqiqatdır.



Загрузка...
Həmçinin oxuyun:
Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri”

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri”

Dilçi-türkoloq Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

Dilçi-türkoloq Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

ADMİU-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü gördü

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

“Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var”

“Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var”

Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI

Heydər Əliyevi Bakıya çağıran müraciəti imzalayan 91 nəfər ziyalı- SİYAHI