AzTehsil.com


Xəbərlər
15 iyul 2020
1 199


BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa



BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

 

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycanda fiziologiya elminin banisi, 1944-1950-ci illərdə universitetin rektoru olmuş əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilən onlayn dəyirmi masa keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov Abdulla Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib, onun  dövlətçilik, elm və təhsil tariximizdə unudulmaz izlər qoyduğunu bildirib.

Ali məktəbin rektoru Elçin Babayev 1938-ci ildə təməli qoyulan eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri olan  tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi A. Qarayevin bütün həyatını fiziologiya, biologiya,  tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafına həsr etməsindən danışıb .

Akademikin BDU-dakı fəaliyyətindən söz açan E.Babayev bildirib ki, alimin gördüyü əhəmiyyətli işlər nəticəsində 1950-ci illərin ortalarında universitet ölkədə ən güclü elmi mərkəzə çevrilə bilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova "Akademik Abdulla Qarayev elmin təşkilatçısı kimi" mövzusunda məruzə ilə çıxış edərək deyib ki,  o,  bütün həyatını fiziologiya elminin inkişafına həsr edərək tükənməz qüvvəsi və bacarığı sayəsində adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırırb.

Daha sonra AMEA-nın bir sıra alimləri də bu mövzuda çıxış ediblər.

Çıxışlarda akademik A. Qarayevin keçdiyi mənalı ömür yolu, insan kimi humanist xüsusiyyətləri, milli fiziologiya məktəbinin yaradıcısı olaraq Azərbaycan elminin inkişafı  istiqamətində gördüyü işlər, dünyada analoqu olmayan Naftalan nefti, Azərbaycanın şəfaverici suları (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi yönündə apardığı elmi tədqiqatlar, Azərbaycan dilində dərsliklər nəşr etdirməsi, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Onlayn dəyirmi masa Fiziologiya İnstitutunun A.Qarayev haqqında hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.



Загрузка...
Həmçinin oxuyun:
ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...

Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Azərbaycanda İnstitut direktoru vəfat edib

Azərbaycanda İnstitut direktoru vəfat edib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib