AzTehsil.com


Xəbərlər
02 oktyabr 2019
2 537


AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib



AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

 

 
Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Neft-Kimya Prosesləri İnstitutunun 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu bildirib.  Akif Əlizadə qeyd edib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə və digər məsələlərə həsr olunub.

Sonra akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən Təhsil naziri Ceyhun Bayramov yubiley münasibətilə institutun rəhbərlik və kollektivini, burada təhsil alan magistrant və doktorantları, məzunları təbrik edərək onlara elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Ceyhun Bayramov qeyd edib ki, institut ölkəmizdə neft sənayesinin inkişafında mühüm rol oynayıb və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davam etdirilməsində bu institutun alimlərinin böyük xidmətləri olub. Nazir institutun elm-təhsilin inteqrasiyası baxımından əhəmiyyətli fəaliyyətini qeyd edib.

Ceyhun Bayramov  neft-kimya sənayesi sahəsinin aktuallığı, inkişaf perspektivləri və bu sahədə qeyd edilən trendlər barədə də danışıb. Nazirin sözlərinə görə, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların, o cümlədən elmi kadrların hazırlanmasından ibarətdir.

Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla bağlı ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini vurğulayan Təhsil naziri əlavə edib ki, bu sahədə institut alimlərinin çox xidmətləri olub və  işlər davam etdirilir. Ceyhun Bayramov ölkəmizin təhsil sistemində aparılan işlərdən danışarkən ali təhsillin əlçatanlığının təmin olunması sahəsində müsbət tendensiyanı da qeyd edib.

Daha sonra Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, AMEA-nın vitse-prezidenti  Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər.

Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.



Загрузка...
Həmçinin oxuyun:
“Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür” – Ceyhun Bayramov

“Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi istiqamətində işlər görülür” – Ceyhun Bayramov

İlham Əliyev bu alimlərə fəxri ad verdi

İlham Əliyev bu alimlərə fəxri ad verdi

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir