AzTehsil.com
RU


Xəbərlər
02 avqust 2019
2 624


Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib



Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Şahin Bayramov universitetin kollektivinə təqdim edilib.

Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Şahin Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.

Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Ceyhun Bayramov bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran Ceyhun Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Mingəçevir Dövlət Universitetinin yeni rektoru Şahin Bayramov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da öz növbəsində Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İlham İsmayılov yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.



Загрузка...