AzTehsil.com


Xəbərlər
20 iyun 2020
1 220


Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan elmi konfrans



 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirib.

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli görkəmli ədibin həyat və yaradıcılığından danışaraq bildirib ki, o,  sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib. Ə.Haqverdiyevin Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışdığını vurğulayan  direktorun sözlərinə görə, nasirin  adının YUNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının yaradıcılığına verilən böyük dəyərdir.

Sonra institutun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahov "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ə.Haqverdiyevin diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutun  Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov isə "Ə.Haqverdiyevin ictimai və fəlsəfi görüşləri” mövzusunda məruzəsində onun  dilçi, dramaturq, ədib, tərcüməçi və tənqidçi olduğunu vurğulayaraq bildirib ki,  cəmiyyətin dərdlərini görməsi, yazması, həmçinin, dövrünün problemlərini həll etməyə çalışması nöqteyi- nəzərindən Ə.Haqverdiyevi  mütəfəkkir- filosof da hesab etmək olar.

Daha sonra AMEA  Ədəbiyyat İnstitutunun əməkdaşları, aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları – Gülbəniz Qocayevanın "Ə.Haqverdiyevin həyatının bilinməyən tərəfləri”, Lütviyyə Əsgərzadənin "Haqverdiyevin dramaturgiyası” və digər məruzəçilərin mövzuya dair məruzələri təqdim olunub.

Çıxışlarda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə də yol açıb.



Загрузка...
Həmçinin oxuyun:
Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovla bağlı konfrans

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi