Xəbərlər
21 aprel 2020
1 240


SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

 

Sumqayıt Dövlət Universitetində (SDU) Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan "Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn formatda elmi-praktik konfrans keçirilib.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov əvvəlcə vətəndaşların qlobal pandemiyaya çevrilən Koronavirus (COVID-19) infeksiyasından qorunmasının Azərbaycan dövləti üçün prioritet məsələ olmasından danışıb.   O deyib ki, respublikada bu epidemiyanın yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq SDU-da tədris, elmi təcrübələrin bölüşülməsi və xarici layihələr, görüşlər, konfranslar onlayn formada təşkil edilir.

Daha sonra prorektor Azərbaycan ədəbiyyatı və dramaturgiyasının inkişafında böyük xidmətləri olmuş yazıçı, dramaturq, publisist, tənqidçi Ə.Haqverdiyevin  ömür yolundan və zəngin yaradıcılığından söz açıb. Bildirib ki, Ə. Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması barədə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncam bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına diqqət və qayğı hər zaman yüksək səviyyədə olub.

Universitet rəsmisinin sözlərinə görə, Ə. Haqverdiyevin adının YUNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin yaradıcılığının yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.   

Ramiz Hüseynov onu da qeyd edib ki,  yaşadığı dövrdə milli özünüdərk, vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini saxlamaq arzularının gerçəkləşməsi üçün Ə. Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın,  xüsusilə "Molla Nəsrəddin” jurnalının tribunasından məharətlə istifadə edib.

Konfransda Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov "Əbdürrəhim bəy Haqverdiyev Molla Nəsrəddin ədəbi məktəbinin qüdrətli nümayəndəsi kimi”, folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Astan Bayramov "Əbdürrəhim bəy Haqverdiyevin hekayələri”, "Çapar” aylıq tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd "Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Cümhuriyyəti dövründəki fəaliyyəti” və digər məruzəçilərin fikirlərində  Ə. Haqverdiyevin əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynaması xüsusi vurğulanıb.

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbiri

Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbiri

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu

SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü

SDU-nun rektoru avtoqəzada xəsarət alan tələbələrlə görüşdü

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib