AzTehsil.com


Xəbərlər
17 dekabr 2019
1 540


Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib



Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş seminar keçirilib

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş "Müasir dövrdə Azərbaycanda ərəb dilinin tədrisi: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib.

 Aİİ-nin rektoru Ceyhun Məmmədov Beynəlxalq Ərəb Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın görkəmli ərəbşünas alimləri Aida İmanquliyeva, Ələsgər Məmmədov, Vasim Məmmədəliyevin və digər alimlərin ölkəmizdə ərəb dilinin inkişafına verdiyi töhfələr haqqında söhbət açıb.

Aİİ rektoru ali təhsil müəssisəsində tələbələrin ilahiyyat elmlərinə dərindən yiyələnməsi, tədqiqatlar aparması üçün ərəb dilinin tədrisinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

C. Məmmədov daha sonra ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən bəhs edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirdiyini bildirib.

Aİİ-nin yaradılmasında qarşıya qoyulan məqsədlərdən bəhs edən rektor gənc nəslin layiqli vətəndaş kimi milli-mənəvi ruhda yetişməsi, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda silsilə maarifləndirici tədbirlərin keçirildiyini nəzərə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov "Klassik Azərbaycan ədəbiyyatında ərəb söz və ifadələrinin işlədilməsi xüsusiyyətləri” mövzusunda məruzə edib. Klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəbmənşəli alınma söz və ifadələrin işlədilməsi xüsusiyyətləri haqqında geniş məlumat verib.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Mahir Həmidov

"Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər” mövzusunda çıxış edib. M. Həmidov görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın müqayisəli tədqiqatını apardığı ədəbiyyat fonunda ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığından bəhs edib. Bildirib ki, Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso, Budda, Brahma kimi fikir öndərlərinin təlimlərinin bilicisi olan ərəb məhcər ədəbiyyatçılarının ədəbi irsinin müqayisəli tədqiqatını aparmaq, ən azından, həmin mütəfəkkirlərin ədiblər səviyyəsində olmasını tələb edir: "Bu baxımdan, ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsini, adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı mütəxəssisi kimi deyil, eyni zamanda, fərqli ədəbi və fəlsəfi cərəyanların, multikultural dəyərlərin də dərin bilicisi olduğunu göstərir”.

Dosent M. Həmidov daha sonra qeyd edib ki, əslində, bu gün qloballaşan dünyamızda Şərqlə Qərb – bu iki fərqli dünya arasında ortaq dəyərlər axtarıb-tapmağa çalışan hər bir tədqiqatçı üçün ərəb məhcər ədəbiyyatçılarının yaradıcılığı, eləcə də bu qaynaqların tədqiqinə bir ömür həsr etmiş professor Aida İmanquliyevanın əsərləri qiymətli mənbə kimi özdəyərini hər zaman qoruyub saxlamışdır.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri i.f.d., dosent Məmmədəli Babaşlı "Müasir Azərbaycan ərəbşünaslığının təşəkkülündə və inkişafında professor Ələsgər Məmmədovun rolu və xidmətləri” mövzusundakı məruzəsində alimin həyatı və elmi fəaliyyəti haqqında məlumat verilib. O bildirib ki, müasir Azərbaycan ərəbşünaslıq məktəbinin banisi, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Ələsgər Məmmədov elmi-pedaqoji fəaliyyətində bir çox ilklərə imza atıb. M. Babaşlı Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı şöbəsi fəaliyyətə başlayarkən, müəssisənin təşkilində Ə. Məmmədovun müstəsna xidmətləri olduğunu vurğulayıb.

M. Babaşlı qeyd edib ki, ideoloji təzyiqlərə, mövcud maneələrə, kadr çatışmazlığına rəğmən Ələsgər müəllimin fədakar əməyi sayəsində Azərbaycanda ərəbşünaslıq məktəbi yenidən dirçəlib və çox keçmədən, Sovetlər Birliyində öncül mövqeyə yüksəlib. Müasir dövrdə ərəb dilinin tədrisi məsələsinə toxunan M. Babaşlı müstəqillik dövründən etibarən qazanılan nailiyyətlərdə Ələsgər müəllimin müstəsna rolu olduğunu vurğulayıb: "Ərəb dilinin dərin bilicisi, müəllimlik peşəsinin vurğunu, mahir pedaqoq olan Ələsgər müəllim, sanki bu dünyaya dil öyrənmək və öyrətmək üçün gəlmişdi”.

Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri f.f.d., dosent İlkin Əlimuradov ərəb dilinin Aİİ-də tədrisi haqqında geniş məlumat verib. İ. Əlimuradov tədris olunan dərsliklər barədə bəhs edərək bildirib ki, bu kitablar İnstitut fəaliyyətə başladığı zaman müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub. Daha sonra vurğulayıb ki, Ərəb dili fənni üzrə dərs proqramını başa vuran tələbələr, əsasən, ictimai-siyasi və elmi-dini mövzularda yazılmış sadə və ortaçətinlikli müasir ərəb mətnlərini lüğət vasitəsilə oxuyub başa düşmək, müvafiq tərcümə, şifahi və yazılı nitq vərdişləri əldə etmək üçün zəruri olan nəzəri və əməli biliklərə yiyələnirlər.

Tədbirdə Ələsgər Məmmədovun qızı Şərafət Məmmədova professor haqqında xatirələrini bölüşüb. Yetişdirdiyi şərqşünasların bu gün də onun yolunu davam etdirdiyini, Ərəb dilinin sistemli şəkildə öyrənilməsində müəllifi olduğu dərsliyin hər zaman aktuallığını qoruduğunu bildirib.

Filologiya elmləri doktoru professor Nəsrulla Məmmədov professor Ələsgər Məmmədovun elmi fəaliyyəti haqqında söhbət açıb, onun müəllifi olduğu kitabın bu günədək ərəb dilinin tədrisində geniş istifadə olunduğunu qeyd edib.




Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

Aİİ-də “Qurani-Kərimin üslub və ifadə tərzi” mövzusunda sseminar təşkil olunub

Aİİ-də “Qurani-Kərimin üslub və ifadə tərzi” mövzusunda sseminar təşkil olunub

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

Rektor qadın məhbuslarla görüşüb

Rektor qadın məhbuslarla görüşüb

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

Azərbaycan İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda ilk Məzun Günü keçirilib

Universitet bu vəzifələr üçün müsabiqə elan etdi

Universitet bu vəzifələr üçün müsabiqə elan etdi

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.