Xəbərlər / Ziyalılar / Abituriyent
29 sentyabr 2018
2 773


“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

 

 
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib.
Tədbirdə Beynəlxalq Tərcüməçilər günü, dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb.

Dəyirmi masada Aİİ-nin rektoru Ceyhun Məmmədov, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Aİİ Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov, "İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ətrafında fikirlərini bildiriblər.
 

 

 
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Beynəlxalq Tərcüməçilər günü ilə bağlı təbriklərini çatdırıb. C.Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin yaradılmasını dövlət-din siyasəti sahəsində mühüm addımlardan biri olduğunu qeyd edən rektor vurğulayıb ki, dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsi gərəkliliyini nəzərə alaraq,

ilahiyyatçıların xarici dilləri yaxşı bilmələri vacibdir. C.Məmmədov, bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirildiyini, bununla bağlı yaxın günlərdə dərslərdən əlavə ödənişsiz kursların təşkil ediləcəyini deyib. C.Məmmədov qeyd edib ki, dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən ilk növbədə yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır.

Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov son illərdə mərkəzin dini tərcümə sahəsindəki fəaliyyətindən danışıb. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirən Z.Məmmədov tərcümə işinin spesifikası ilə bağlı məsələlərə aydınlıq gətirib. Vurğulayıb ki, hər hansı bir əsər dilimizə çevrilərkən onun mahiyyətinin düzgün çatdırılması əsas etalon olmalıdır.

İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi tərcümə işinin tarixinə nəzər salaraq, bu sahənin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolundan danışıb. O, mədəniyyətlərin inteqrasiyasının, elmi biliklərin mübadiləsinin tərcümə sayəsində mümkün olduğunu bildirib. Ə.Farsi bu sahədə İran Mədəniyyət Mərkəzinin gördüyü işlərdən danışaraq, birgə fəaliyyətin mümkünlüyünü qeyd edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, dini mənbələrin əksəriyyəti ərəb dilində olduğu üçün ilahiyyatçıların bu dili mükəmməl bilmələri vacibdir. Ölkələrimiz arasında tarixi bağlardan danışan Ə. Elaydi diqqətə çatdırıb ki, Misir arxivlərində Azərbaycana aid ərəb dilində çoxlu sayda mənbələr var. Bu mənbələrin dilimizə tərcümə edilməsinin ölkə elminə, tarixinə xüsusi töhfə verə biləcəyini vurğulayan mədəniyyət elçisi bununla bağlı təkliflərini səsləndirib, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Sonra Aİİ-nin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova Beynəlxalq Tərçüməçilər gününün tarixini, mahiyyətini əks etdirən təqdimatla çıxış edib.

Dəyirmi masada çıxış edənlərdən Aİİ-nin müəllimi f.üf.d Elvüsal Məmmədov, "İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix elmləri doktoru Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və digərləri Azərbaycanda tərcümə işinin mövcud durumundan danışıblar. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən fikir sahibləri dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, dini ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi Aİİ-də İslam dininin və digər dinlərin dərindən tədris edilməsi, həmçinin qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.
 moderator.az

“Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” -Rektor

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verilib

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

Yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm-İlahiyyat İnstitutunun rektoru

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi üzrə seçim turları təşkil edir

Tərcümə Mərkəzi dil və tərcümə işinin təkmilləşdirilməsi üzrə seçim turları təşkil edir

İlham Əliyev tanınmış alimi təltif etdi

İlham Əliyev tanınmış alimi təltif etdi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub