AzTehsil.com


Xəbərlər
12 iyun 2020
1 321


“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”



“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

 

Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

Universitetin rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. E.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində blokadadan çıxdı, ölkəmizin imici gücləndirildi:”Azərbaycan dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzunu gün-gündən artıran dövlətə çevrildi, yeni iqtisadi uğurlara imza atdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq, siyasi sabitlik yarandı, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş, xalqın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı”.

Rektor əlavə edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri də misilsizdir.

Daha sonra millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Milli qurtuluş Azərbaycan dövlətçiliyinin müasir inkişaf strategiyasının təməlidir” məruzəsi ilə çıxış edib. Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov "Ulu Öndərin siyasi irsi”, millət vəkili, professor Anar İsgəndərov "Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev”, millət vəkili Elnur Allahverdiyev "Müasir Azərbaycanın iqtisadi inkişafı milli qurtuluşdan başlayır” və digər məruzəçilərin Milli Qurtuluş Günü mövzusundakı çıxışları maraqla qarşılanıb.  

Çıxışlarda xalqımızın tarixinə böyük xilaskar kimi adını həkk etdirən dahi şəxsiyyət Heydər Əliyevin müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrdən, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən geniş bəhs olunub. Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib.

Microsoft Teams platforması üzərindən təşkil olunan, 120-dən artıq iştirakçının qatıldığı elmi konfrans  sualların cavablandırılması ilə yekunlaşıb.



Загрузка...
Həmçinin oxuyun:
“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları”

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”