AzTehsil.com

Xəbərlər
21 noyabr 2017
2 957

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu "Bəkirnamə” kitabının təqdimatını keçirib.

Kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenli Əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bildirib ki, görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalələr və kitablar arasında bu əsərin öncəki mənbələrdən fərqi odur ki, müəllif epizodik şəkildə, bəzi elementlərə istinad edərək elmi publisistik üslübda, hər bir oxucunun anladığı dildə ictimaiyyətə təqdim edir. Bu cür portret kitabların yaradılmasını ədəbiyyatşünaslıq elmində ən vacib məsələlərdən biri hesab edən İsa Həbibbəyli alimin həyat yoluna nəzər salınması, "Bəkirnamə”də onun elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və alimin çoxşaxəli elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb, "Oğuznamə”də olduğu kimi dastanvari və folklor elementləri ilə zənginləşdirilmiş tam bir Bəkirnamə halında təqdim edilməsini kitabın dəyərini artıran ən ümdə məqamlardan biri olduğuna diqqət çəkib. 

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - "Şahnamə", "İsgəndərnamə", "Bəhramnamə","Oğuzanamə" - kimi Bəkirnamənin də yazılması çox təbiidir. Namə - öz sahəsində, vətənində, el arasında nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. "Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır. T.Kərimli Bəkir Nəbiyevin yorulmaz fəaliyyətini, hər bir işçiyə öz doğması kimi yanaşmasını, şəxsi keyfiyyətlərini qeyd edərək onu bir insanlıq, işgüzarlıq, türkçülük məktəbi adlandırıb.

Xalq şairi Sabir Rüstəmxanlı ədəbi tənqid elminin dəyərli bir siması olan Bəkir Nəbiyev haqqında yazılan bu kitabın təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib və eyni amal uğrunda düşünən, alimlə çiyin-çiyinə çalışan ədəbiyyat xadimlərinin adlarını sadalayaraq hər birinin xüsusi çəkisi olduğunu söyləyib. Belə əsərlərin ədəbiyyatşünaslıq tarixində xüsusi dəyər daşığıdını deyib.

Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov ustadının elm aləmindəki xidmətlərinə toxunub və onun əsl pedaqoq kimi üstün cəhətlərindən söz açıb. Tələbələrinə böyük ehtiramla yanaşdığını, birlikdə səfərlərə getməsini və hər yerdə Bəkir müəllimin alicənab və müdrik bir şəxs kimi ali keyfiyyətlərinin şahidi olduğunu deyib.

Bəkir Nəbiyevin tələbəsi, millət vəkili Jalə Əliyeva Füzuli haqqında yazmış olduğu elmi işinin müdafiəsi zamanı akademikin onun əsərinə verdiyi dəyərdən, gənclərə göstərdiyi dəstəyindən danışıb və bildirib ki, həmin gün Bəkir müəllimin mövzu ilə bağlı kəsərli nitqi ona elm aləminə bir alim kimi ilk vəsiqə qazandırıb. 

Professor Asif Rüstəmli çxışında akademik Bəkir Nəbiyevin haqqında yazılan əsərin əhəmiyyətinə toxunub və ədəbiyyatşünaslıq elminin inkişafında əvəzsiz xidmətləri ilə seçilən böyük alimin adına ucaldılmış abidə hesab edib.

Təqdimat mərasimində Bəkirnamə kitabı haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel Bəkir Nəbiyevin timsalında zaman-zaman türk dünyasında belə aydınların olmasını xoşbəxtlik kimi qiymətləndirib.

"Bəkirnamə” kitabının müəllifi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent Esmira Fuad bildirib ki, adi müxbirlikdən akademik səviyyəsinədək yüksəlmiş, zəngin yaradıcılığı ilə Azərbaycan elmində öz parlaq səhifəsini yaratmış, ədəbiyyatşünaslığımızın dinamik inkişafında və zənginləşməsində müstəsna xidmətləri olan Bəkir Nəbiyev haqqında  belə bir əsərin yazılması onun son beş illik fəaliyyətinin nəticəsi və öz müəlliminə böyük ehtiramın nümunəsidir.

Tədbirin sonunda  akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabın müəllifi Esmira Şükürovaya, redaktoru Xuraman İsmayılovaya, tədbirə təşrif buyuran və çıxış edən bütün ziyalılara, eləcə də video təqdimatın hazırlanmasında zəhməti keçən MEK əməkdaşlarına və Azərbaycan Radiosunun diktoru, Respublikanın Əməkdar artisti İradə Ələkbərqızına dərin təşəkkürünü bildirib. 

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib 

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib 

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Загрузка...
Həmçinin oxuyun:
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub