AzTehsil.com


Xəbərlər
26 aprel 2017
3 169


ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib



ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

 

Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında tələbə-gənclərin fəal iştirakı ilə xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib. Müsabiqəni giriş sözü ilə filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva açaraq Azərbaycanın səhiyyə sisteminin inkişafında xüsusi xidmətləri olan Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, sonra məqalələrin oxunulmasına başlanılıb. Məqalələrdə Zərifə Əliyeva yüksək intellekt, geniş erudisiya sahibi, insanpərvərlik və fədakarlıq nümunəsi, hamının qəlbində yaşayan qayğıkeş həkim kimi diqqətə çatdırılıb, görkəmli alimin apardığı elmi-tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər haqqında geniş məlumatlar öz əksini tapıb. Müsabiqədə "İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ilinin 126-cı qrup tələbələri Günay Məcnuni və Natəvan Zeynalova I və II yerlərə layiq görülüblər.



Загрузка...