Məktəb psixoloqlarının praktik bilikləri artırılır
Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib olan layihələrdən biri də "Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsidir. Layihə rəhbəri 38 saylı orta məktəbin psixoloqu Jalə Məmmədovadır.
L.Məmmədova bildirib ki, layihənin əsas məqsədi region orta məktəb psixoloqlarının praktiki bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində 3 regionda seminarlar keçirilib. İlk olaraq Mingəçevir şəhərində təlim-seminar keçirilib. Seminara Yevlax və Agdamdan da psixoloqlar qatılıblar.
İkinci görüş Ucar rayon psixoloqları ilə keçirilib. Seminarlarin ilk iki günü psixoloqlara müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqda məlumatlar verilib. Məktəb şəraitində belə şagirdlərlə necə işləmək lazım olduğu ilə bağlı diskusiyalar aparılıb. Bundan başqa mövzu ilə bağlı film nümayiş olunub, qrup çalışması həyata keçirilib və yeni fikirlər müzakirə olunub.
Seminarın 3-cü günü isə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə və Ucar şəhər 3 saylı tam orta məktəbdə valideynlər və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olunub. Bu görüşlərdə valideynlərin narahatlıqları dinlənilib və onlara proqramlı şəkildə ev şəraitində uşaqla necə işləməklə bağlı müəyyən istiqamətlər verilib. Sonda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib.
Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır
Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar
Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR
Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub
Məktəb psixoloqları üçün seminar
Təlimçi müəllimlərə təlim keçirilib
Qrant müsabiqəsi üzrə qalib layihələr
Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR
Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir
"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər
Qusar orta məktəbi pilot layihədə qalib olub
“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər
Təhsil Nazirliyi müsabiqə elan edir
Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?
ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
Ağstafa şəhər 2 saylı məktəbdə ana dili günü qeyd olunub
Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI
Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib
18 oktyabr Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib
Lənkəran və Masallıda tədbir keçirilib
Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək