AzTehsil.com


Xəbərlər
02 noyabr 2017
3 624


“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər



Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş "Müəllimlər otağı” layihəsi çərçivəsində müəllimlərin təcrübə mübadiləsini təşkil etmək məqsədilə online platforma yaradılır.


Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, platformada, həmçinin təlim-tədris metodları bir arada toplanacaq. Bunun üçün "Müəllimlər otağı” layihəsi çərçivəsində www.muellimlerotagi.az  veb səhifəsi hazırlanır.

 

Müəllimlərin təcrübə mübadiləsinin təşkili üçün "Müəllimlər otağı”nda forum da nəzərdə tutulub. Bununla yanaşı, hazırda müəllimlərlə onların tədris metodu haqqında söhbətlər aparılır, maraqlı metodlar toplanılır.

 

Artıq bir sıra məktəblərdən müəllimlər öz təcrübələrini "Müəllimlər otağı”nda paylaşıb. Eyni zamanda, "Müəllimlər otağı”nda şagirdlər müəllimləri və bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər. Bunun üçün şagirdlər "Hansı dərs daha çox diqqətinizi çəkir? Niyə?” suallarına cavab verəcəklər.

 

Platformada məzunların da fikirlərinə yer veriləcək. Bu məqsədlə onlar ən çox bəyəndikləri dərsdən və bunun səbəbindən söhbət açacaqlar. Layihə çərçivəsində yerli müəllimlərlə yanaşı, xarici ölkə müəllimlərinin də təcrübəsi öyrəniləcək. Hazırda bunun üçün əcnəbi müəllimlərlə danışıqlar aparılır.


Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəylini rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş "Müəllimlər otağı” layihəsinin icra müddəti 3 aydır.


Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub.

 

Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.




Загрузка...
Həmçinin oxuyun:
Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Təhsil Nazirliyinin müəllimlərlə bağlı "planı"- dolayısıyla

Təhsil Nazirliyinin müəllimlərlə bağlı "planı"- dolayısıyla

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub

Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Müəllimlər hökumətə etiraz edirlər - Əmək haqlarının...(Video)

Müəllimlər hökumətə etiraz edirlər - Əmək haqlarının...(Video)

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”