“Azərbaycanı Atatürk satdı” deyənlərə tutarlı cavab – Təfərrüatı 97 il öncə yazılan məktubda
Mustafa Kamal Atatürk Türkiyə Böyük Millət Məclisinin rəisi seçiləndən sonra xarici siyasət sahəsində ilk məktubu 1920-ci il aprelin 26-da SSRİ rəhbərliyinə yazıb. Məktubun Kazım Qarabəkir Paşanın təklifləri əsasında hazırlandığı deyilir. Məktub son dərəcə məxfi olduğundan onu ünvanına teleqrafla yox, əlbə-əl verilməsi nəzərdə tutulur. Bunun üçün məclis rəisi bu işi Kazım Qarabəkir paşaya həvalə edir...
"Atatürk Azərbaycanı bolşeviklərə satıb” deyə səsləndirilən fikirlərə bu məktub tutarlı cavabdır. Məktubun yazıldığı tarix ortadadır - 26 aprel 1920-ci il, bolşeviklərin Azərbaycan Cümhuriyyətini işğal etdiyi tarix isə 28 aprel 1920-ci il. Yəni Azərbaycanın bolşeviklər tərəfindən iğşal edilməsindən iki gün öncə yazılıb o məktub. Qeyd olunduğu kimi, məktub teleqrafla yox, şəxsi olaraq göndərilir. Belə olduğu halda Ankaradan yola çıxan şəxs iki günə Moskvaya yetişə bilərdimi? Təbii ki, xeyr! Bu məsələnin bir tərəfi.
İkincisi də, məktubda səsləndirilən "...Azərbaycan hökumətini də bolşevik zümrəsi çevrəsinə daxil etməyi öhdəsinə götürür” kimi fikir qaragürühçulara əsas verir ki, elə desinlər. Lap elə Atatürk məktubunda ona bənzər fikir səsləndirsə də, faktiki olaraq Azərbaycanı bolşeviklərə Atatürk SATMAYIB.
O zaman demək ki, "Atatürk Azərbaycanı bolşeviklərə” satdı deyə səsləndirilən fikirlər tamamilə yanlış və mənasızdır. Bolşeviklər Azərbaycanı işğal etmək üçün yola çıxanda nə Böyük Millət Məclisi açılmışdı, nə də Mustafa Kamal Məcslinin rəisi seçilmişdi. Yəni burada tarix də öz sözünü deyir.
Arif Əliyevin "Yalama” kitabından əldə etdiyimiz həmin məktubu təqdim edir:
1. İmperialist hökumətlər əleyhinə hərəkatı və onların əsarətində olan məzlum insanların qurtulması məqsədini hədəf tutan bolşevik ruslarla birgə çalışmanı qəbul edirik.
2. Bolşevik qüvvətləri Gürcüstan üzərinə əsgər yeridərlərsə, yaxud təqib edəcəkləri siyasət, göstərəcəkləri təsir və nüfuzla Gürcüstanın da bolşevik ittifaqına daxil olmasını və içəridəki ingilis qüvvələrini çıxarmaq üzrə bunlar əleyhinə hərəkətə başlamasını təmin edərlərsə, Türkiyə hökuməti imperialist erməni hökuməti üzərinə əsgər yeritməyi və Azərbaycan hökumətini də bolşevik zümrəsi çevrəsinə daxil etməyi öhdəsinə götürür.
3. Milli torpaqlarımızı işğal etmiş imperialist qüvvələri qovmaq və im perializm əleyhinə mücadil ortaqlığımızı yaratmaq üçün daxili qüvvələrimizi təşkilatlandırmaq üzrə hələlik ilk hissə olaraq beş milyonluq qızılın, qərar verdiyiniz miqdarda cəbbəxananın, sair uyğun hərbi vəsaitin, səhiyyə məlzəmələrinin və yalnız Şərqdə hərəkət edəcək qüvvələr üçün ərzağın təmini Rus sovet Cümhuriyyətindən rica olunur. Yüksək ehtiramınızın və səmimi hisslərimizin qəbulunu rica edirik.
Ankara, 26 aprel 1920-ci il.
Böyük Millət Məclisinin rəisi Mustafa Kamal”
Atatürkün vəfatından 79 il ötür
Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR
Atatürkün son anları və son nəfəsdə dedikləri- MARAQLI
TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti
Atatürk ilk və son dəfə ağladı- Milləti isə...
Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO
ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib
Sabirin hüzn yaradan məktubu - ''...başladı şişməyə imdi üzü qarə ciyərim''
Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı
Putin İlham Əliyevə məktub göndərdi
STATİSTİKA. 1918-ci ildən indiyə qədər 27 Daxili İşlər Nazirimiz olub
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək
"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir
Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı
"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva
TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR
Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?
Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF
UNEC kollektivi Lələtəpədə - Fotolar
ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi
Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"
“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”