Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO
Türkiyədə Qars Qafqaz Universitetində (KAU) təşkil edilən "100-cü ilində Sovet inqilabı, inkişaf və bunun regional təsiri" mövzusunda beynəlxalq simpozium təşkil edilib.
Aztəhsil.com Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və Türkiyə tarixçilərinin çıxışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov rus nümayəndələrə səslənib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Dos. Dr. Cebi Bəhramov, Rusiyadan gələn tarixçilərə səslənərək, belə deyib:
Son 300 ildə Rusiyanın icra etdiyi siyasət və onun davamı olaraq Sovet iqtidarının apardığı siyasət bütün xalqlar üçün faciələrlə nəticələndi. Ən çox zərər görən Azərbaycan xalqıdır. Mənim torpağım ikiyə bölündü. Mənim torpağıma, mənim millətimə düşmən kəsilənləri Rusiya bizim torpaqlara göçürdü. Erməniləri siz göçürtmüsünüz.
Onlara burada əlinə silahı siz vermisiniz. Bu barədə bizim sənədlərimiz var. 2-ci Dünya müharibəsində ermənilər, Almanların tərəfinə keçdilər. İrəvanda heykəl quranda Rusiya susdu, Putin susdu. Soruşuram niyə susursunuz? Sizdə ermənilərə qarşı bu məhəbbət hardandır?
Qarabağa gəlincə, Azərbaycan xalqına qarşı təcavüz edildiyi halda Putin susur. Soruşuram, xeyir ola?”.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan Hacı Həsənov də "Çar Rusiyası mənim torpaqlarımız işğal etdi. Çar Rusiyası Qarsı işğal etdi, Batumu işğal etdi, on minlərlə insanı öldürdü. Azərbaycan xalqına qarşı burada yalanlar atılır" deyərək reaksiyanı artırdı.
Müzakirələrin artması və bunun mübahisələrlə nəticələnəcəyindən KAÜ simpoziumun rəhbərliyi iclası tez başa çatdırıb.
Daha sonra çıxışını rus dilində davam edən Bəhramova rus tarixçi Yuri Zakunov cavab verib.
O, Sovet inqilabından hər kəsin zərər gördüyünü, Rusiyanın özünün də çox böyük bir sınağın qurbanı olduğunu söyləyib.