AzTehsil.com


Xəbərlər / Yazarlar
29 noyabr 2019
2 058


”İntellektual verilişlər efiri daha da zənginləşdirir”



”İntellektual verilişlər efiri daha da zənginləşdirir”

 

 Bu gün  Azərbaycan da  istər media, istərsə də radio yayımlarında təqdim olunan verilişlərin hər birinin funksiyası cəmiyyəti maarifləndirmək, bilgiləndirmək və əyləndirməkdir.

Hər üç funksiya öz işini layiqincə yerinə yetirir. İEOÖ ( İnkişaf etməkdə olan ölkələr) sırasında olan ölkəmiz hər bir sahəsinə  xüsusi diqqət yetirir.  Həmçinin də Media yayım qurumlarına . Qloballaşan dünyada texnologiya inkişaf edir, insanlar bir-birilə fərqli biçimlərdə, fərqli məcralarda  ünsiyyətə girir və bu, əlbəttə ki, medianı da yenidən şəkilləndirir. Əvvəllər birəbir ünsiyyət qurulurdu, bu şifahi, ağızdan-ağıza keçirdi, daha sonra kitab çapının ixtirası ilə yazılı ünsiyyət yayğınlaşdı.  Sonra telefon və televiziya ilə bu ünsiyyət  audiovizuallaşdı. Günümüzdə isə internetin və kompüterlərin verdiyi imkanlarla kommunikasiya virtuallaşdı. Bu virtual məkan informasiya, kontent və media arasındakı əlaqəni daha da sıxlaşdırdı. İndi rəqəmsallıq, zaman-məkan sərhədsizliyi, interaktivliyini olduğu bir virtual məkandan bəhs edirik. Bu üç element, əslində, elə yeni medianın bel sütunudur. 
        İnternet vasitəsilə əlçatmaz bilgi adlandırdığımız məlumatları əyani şəkildə görmə imkanımız olur, onlar haqqında müəyyən məlumatlar əldə edirik. Bir sözlə bilgilənirik, maariflənirik. Bəs, görəsən, Azərbaycan media resusrlarında bilik əsasında formalaşan yayımlara üstünlük verilirmi? Apardığımız araşdırma nəticəsində, belə qənaətə gəlmək olar ki, həm televiziyalarda, həm də radioda elmi bilikləri sual-cavab şəklində yayımlayan verilişlərə böyük əhəmiyyət verilir. Bu müsbət bir hadisədir. Necə deyərlər, yeddidən-yetmişə hər bir insanın maraq dairəsinə uyğun gələn intellektual verilişləri xoşlayır və bilgilənirlər.
  Televiziya yayım şirkətlərində təqdim olunan ”61”,” Xəmsə”,” Mən Azərbaycanlıyam”,” Breyn Rinq”, "Əlaçı”,  "Nə? Harada? Nə zaman?” və s. kimi  verilişlərin hər birinin məqsədi intellektual yayımları  təşkil etməkdir. 
  Adı çəkilən verilişlər içərisində, olduqca maraqlı və pozitiv intellektual veriliş "Xəmsə”ni  nümunə göstərə bilərik. Belə ki,  yayımın məğzi  müxtəlif yaş qrupları- məktəblilər, tələbələr, böyüklər  arasında bilik yarışmalarını  keçirməkdir.”Xəmsə” verilişi 2007-ci ildən etibarən  "NƏ? HARADA? NƏ ZAMAN?” oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunudur. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunub.  2007- ci il yayınından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. Qeyd etmək olar ki, 2011-ci ilin sentyabrında  oyun Ukraniyanın Odessa şəhərində keçirilən  "Nə? Harada? Nə zaman?” yarışması üzrə Dünya çempionatında da nümayiş olunmuşdur. Oyunun qaydaları –hər bir komanda heyətində 5 oyunçu iştirak edir. Oyun komandalardan ibarətdir. Veriliş raundlarla əhatələnib: fərdi raund, son raund və ”Xəmsə” raundu.
   Bu tip verilişlərin yayımlanması MAG-in ( Müasir Azərbaycan Gəncləri) şəxsi inkişafı, elmi biliklərinin artırılması, ölkəmiz üçün gələcək savadlı kadrların yetişdirilməsi məqsədini daşıyır. 
                                                                                                           
                                                                                                                                Gülayə Məcid



Загрузка...
Həmçinin oxuyun:
Paytaxtda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə dünya çempionatı keçirilir

Paytaxtda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə dünya çempionatı keçirilir

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İrəli sürülən təklif müsbətdir -EKSPERT

İrəli sürülən təklif müsbətdir -EKSPERT

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Azərbaycan Elm Assosiasiyası təsis edilib  Böyüt

Azərbaycan Elm Assosiasiyası təsis edilib Böyüt

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

MTRŞ sədri: “Reytinq asılılığı özəl kanallarda verilişlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır”

MTRŞ sədri: “Reytinq asılılığı özəl kanallarda verilişlərin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır”

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Sosial şəbəkələrdən necə pul qazanmaq olar? - Ekspert açıqladı

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR