AzTehsil.com


Xəbərlər
21 mart 2018
2 400


İntellektual bacarıqların 80 faizi irsi yolla keçir



İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

 

Edinburq universitetindən olan bir qrup tədqiqatçı iri miqyaslı araşdırma apararaq, dünyada yaşayan 240 mindən çox insanın DNT müxtəlifliklərini müqayisə edib.

Aztehsil.com oxu.az-a istinadən bildirir ki, bu barədə  "Herald" jurnalında məqalə dərc olunub.

Araşdırma nəticəsində alimlər zəka ilə əlaqəli 500 geni müəyyən edib.

"Apardığımız araşdırmada, hansı genlərin intellektə cavab verdiyi ortaya çıxıb. Bundan savayı böyük ehtimalla insan sağlamlığı və intellekti bir-birilə əlaqəlidir, çünki onlara eyni genlər təsir göstərir" deyə tədqiqat layihəsinin rəhbəri Ayan Diri bildirib.

Alimlər təkcə DNT-ni təhlil etməklə müstəqil insan qruplarının İQ intellekt əmsalını müəyyən edə bilib.  Hesablamalar göstərib ki, intellektual bacarıqların 80 faizə yaxını məhz irsi yolla keçir.

Bundan başqa, intellektual genlərin çoxluğu Alzheymer, depressiya, şizofreniya, kökəlmə və digər xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır. Uşaq yaşlarında olarkən  isə belə genlərin azlığı bəzən bilavasitə olaraq erkən ölüm hallarına yol açır.



Загрузка...