İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI
ABŞ alimləri bir sıra eksperimentlər keçirərək sübut ediblər ki, spirtli içkilərdən tam imtina həyatı azaldır, ölümü tezləşdirir.
Aztəhsil.com bildirir ki, Texas Universitetinin prosessoru Karl Holaqanın başçılıq etdiyi alimlər qrupunun tədqiqatlar seriyası 20 il davam edib. Bu illər ərzində onlar 2 mindən artıq respondentin səhhətini müşahidə ediblər.
Eksperimentə könüllü qatılanlar və yaşları 55-65 arasında olanlar üç qrupa bölünmüşdü: spirtli içkiləri əslap içməyənlər, yalnız "bayram"larda içən və sağlam həyat tərzi keçirən insanlar və spirtli içkiləri sevənlər.
Təcrübələrin nəticələri gözlənilməzdir. Sən demə, spirtli içkilərdən tamamən uzaq duran insanlar arasında 65 yaşadək ömür sürənlər az olub. Üstəlik, onlar müxtəlif xəstəliklərdən daha tez ölüblər. Daha dəqiq olsaq, dilinə spirtli içki vurmayanların 69 faizi 65 yaşına çatmamış dünyalarını dəyişiblər.
"Yalnız bayramlarda içənlər" arasında böu göstərici 41 faiz, çox içənlər arasında isə 41 faiz olub.
Bununla belə, alimlər onu da sübut ediblər ki, spirtli içkilərə həddən ziyadə aludə olmaq ən müxtəlif xəstəliklərə tutulma riskini dəfələrlə artırır, ömrü dəfələrlə qısaldır.
"Eyni zamanda, içən adamın spirtli içkilərdən qəflətən imtina etməsi də təhlükəlidir. Belə qərar erkən ölüm riskini artırır", - Karl Holaqan deyib.