AzTehsil.com


Xəbərlər
15 mart 2017
2 963


ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib



ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

 

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin fəaliyyət planına əsasən sağlam qidalanmaya dair tədbir keçirilib. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, tədbirdə universitetin Tibbi profilaktika fakültəsinin dekanı Anar Ağayev çıxış edərək bu sahədə ölkədə irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb: "Son illər müxtəlif qurumlar tərəfindən istənilən yaş dövründə əhəmiyyət kəsb edən sağlam qidalanma və sağlam həyat tərzi ilə bağlı müxtəlif tədqiqatlar aparılır. Tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından, hazır un məmulatları və marqarin yağından istifadənin azaldılması sağlamlıq üçün zəruridir”.
 

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

 

ATU-nun Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov bildirib ki, qeyri-infeksion xəstəliklərin meydana gəlməsinin əsasında qeyri-düzgün həyat tərzi, sağlam qidanlanmamaq və s. kimi vacib faktorlar dayanır: "Bu xəstəliyə düçar olan orqanizm praktik olaraq müalicə olunsa da, tam sağalma halı müşahidə edilmir”.
 
ATU-nun Qidalanma və kommunal gigiyena kafedrasının professoru Maqsud Qasımov qeyd edib ki, son illər dünyada qeyri- infeksion xəstəliklərindən dünyasını dəyişənlərin sayı artmaqda davam edir: "Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, ürəyin işemik xəstəliyi, beyin-damar xəstəliklərindən ölənlərin təxminən 80 faizində ölümün səbəbləri sırasında tütün məmulatlarından istifadə, spirtli içkilərə aludəçilik, eləcə də qeyri-düzgün qidalanma, fiziki passivlik yer alıb. Qeyd edilən risk amilləri yüksək qan təzyiqinə, piylənməyə, qanda şəkərin artmasına səbəb olur. Hər il dünyada 6 milyon insan məhz tütündən istifadə etdiyinə görə dünyasını dəyişir. Spirtli içkilərdən sui-sitifadə istifadə nəticəsində 3,3 milyon insan ölüb, onların təxminən yarısı qeyri-infeksion xəstəliklərlə bağlı olub. Bununla yanaşı, fiziki passivlik, piylənmə səbəbindən də dünyasını dəyişənlər az deyil. Tütündən, spirtli içkilərdən sui-istifadə ölümün əsas səbəblərindən biridir. Bütün dünyada olduğu kimi Azərbaycanda bu problem geniş yayılıb”.
 

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

 

Universitetin Uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva bildirib ki, uşaqların düzgün həyat tərzi sürməsi, sağlam böyüməsi üçün şərait yaratmaq lazımdır. Onun sözlərinə görə, uşaq yaşlarında düzgün olmayan qidalanma, oturaq həyat tərzi bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə qeyri-infeksion xəstəliklərin yayılmasında düzgün qidalanmamaq, immunitetin zəifliyi, qeyri-sağlam həyat şəraiti kimi amillərin vacib olduğunu vurğulayıb.



Загрузка...