Xəbərlər
25 iyul 2019
348

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

 

 
İyulun 25-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin Astara şəhərində növbəti tədbiri keçirilib.

Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”, Astara Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin nümayəndələri iştirak edib.

Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.

Yay məktəbində Astara məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", "Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, "Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

"Təhsil avtobusu – Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək.

"Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın əsas dəstəyi, "Bakcell”, "Paşa Həyat Sığorta” və "Optimal” şirkətlərinin dəstəyi, "Vitam Reklam”, "Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, "Asmart” yaradıcılıq mərkəzi, "Bir” Tələbə-Könüllü proqramı, "BD Kids”, "Code Tusi” şirkəti, SABAH qrupları, "Sabah” Futbol Klubu, "Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.

Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, "Edumap” Təhsil portalı, "Fam Tram”-dır.

"Təhsil Avtobusu – Nəsimi" yay məktəbinin növbəti ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olacaq.

9 / 10






DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək

Astara və Masallı şəhərlərində vətəndaşlar qəbul ediləcək

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Texasda məktəb avtobusu qəzaya uğrayıb

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

“Qələbəyə doğru” intellektual yarış keçirilib

“Qələbəyə doğru” intellektual yarış keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

Cocuq Mərcanlıya səfər ediləcək

Cocuq Mərcanlıya səfər ediləcək

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Ağstafa məktəbliləri

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər