AzTehsil.com


Xəbərlər
18 fevral 2017
2 511


Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək



Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə mərhum tələbə İbrahim Haşımlının xatirəsinə hərs olunmuş Tələbə Kuboku keçiriləcək.
 
Kubok çərçivəsində finalda 25 komanda mübarizə aparacaq.
 
Layihənin keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, mərhumun xatirəsinin əziz tutulması və intellektual oyunlar hərəkatının tələbələrin ayrılmaz həyat tərzini reallaşdırılmasıdır. 
 
36 sualdan ibarət kubokda Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandaları ilə yanaşı, digər universitetdən olan komandalar da layihəyə qatılacaqlar.
 
Tələbə Kuboku 25 fevral 2017-ci il tarixində mərhumun təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək.
 
moderator.az



Загрузка...