AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
30 may 2018
12 777


Müəllimin pedaqoji ustalığı



Müəllimin pedaqoji ustalığı

 


Müəllimin pedaqoji ustalığının çoxlu tərifi vardır. Onların hər birində nə isə yeni bir bacarıq və keyfiyyətlər göstərilir. Bu mənada təlim və tərbiyə sahəsində ustalıq anlayışının məzmunu daim tək­mil­ləşir, yeniləşir və genişlənir.

Öz işinin ustası olan müəllim - pedaqoq ilk növbədə yüksək bilik və ixtisas sahibi, mədəniyyət və ünsiyyət mütəxəssisidir. O, öz fənnini dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə uşaq psixologiyasından xəbərdardır, təlim və tər­biyənin metodikasna dərindən yiyələnmişdir.

"Müəllimin pedaqoji ustalığı” anlayışının mahiyyəti pedaqoji nəzəriyyədə tarixən iki cür başa düşülür. Birinciyə görə, təlim-tər­biyə işində metodika aparıcı rol oynayır. İkinciyə görə, təlim-tər­bi­yə işində aparıcı rolu müəllimin şəxsiyyəti oynayır. Əslində isə me­todika onu tətbiq edən müəllimin şəxsiyyətindən ayrılmazdır. Usta­lığa yiyələnmək üçün çox şeyi bilmək və baçarmaq lazımdır. Təlim-tərbiyənin qanunauyğunluqları və prinsiplərini bilmək, təlim-tərbiyə prosesinin səmərəli texnologiyalarından istifadə etməyi ba­car­maq xüsusilə vacibdir. Buraya hər bir konkret situasiya üçün pe­da­qoji texnologiyaları düzgün seçməyi bacarmaq, peadqoji pro­se­si diaq­nostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxil­dir.

Belə bir fıkir mövcuddur ki, yalnız istedadlı insanlar yaxşı müəllim ola bilərlər. Başqa fikirlər də vardır: kütləvi peşə olan mü­əl­lim peşəsi xüsusi qabiliyyəti olan insanların imtiyazı ola bilməz. Amma, demək olar ki, əksər insanlara təbiət tərbiyəçi olmaq key­fiyyətlərini, öyrətmək qabiliyyətlərini vermişdir. Vəzifə pedaqoji us­ta­lığı öyrənməkdən ibarətdir.

Tədqiqatlar göstərir ki, ən yüksək istedadlı müəllimlər 12-15 faizdən çox deyildir. Buna baxmayaraq müəllimlərin böyük bir his­səsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrət­mə metodikasına yaxşı bələd olmuşlar.

Müəllimin pedaqoji ustalığı hər şeydən əvvəl tədris prosesini təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şə­ra­itdə belə şagirdlərinin lazımi tərbiyəlilik, inkişaf və bilik səviy­yəsinə nail ola bilir. Əsil müəllim hər hansı bir suala qeyri-standart cavab tapа bilir, şagirdə xüsusi qayğı ilə yanaşmağı bacarır. Belə müəllimlər öz ixtisasını, tədris etdiyi fənnin inkişaf perspek­tivlərini dərindən bilir, o, müasir ədəbiyyata, mədəniyyətə, idman yenilik­lərinə bələddir, beynəlxalq hadisələri təhlil etməyi bаcarır. Amma biliklər hələ kifayət deyildir. Müəllim öz fənnini bilir və sevir, amma öz biliklərini şagirdlərə çatdırmaq bacarığına malik deyil, şagirdlərlə "ümumi dil tapa bilmir”, sinifdə münaqişələr və müba­hi­sələr yaranır. Demək, müəllimin pedaqoji ustalığı yoxdur. Pedaqoji ustalığa malik müəllim ixtisasını dərindən mənimsəyərək, pedaqoji qabiliyyətlərə malik, fəal və interaktiv təlim metodlarını, dərindən bilən, ünsiyyət mədəniyyətinə, yeni peadqoji texnologi­ya­lara yiyə­lə­­nən müəllimdir.

Müəllimin pedaqoji ustalığı həmçinin fənnini şagirdlərə necə öyrətməkdə, fənnini uşaqlara necə sevdirməkdə özünü gös­tərir. Təc­rübəli, bacarıqlı müəllimlər tədris materialını şagirdlərə elə dərsdə mənimsətməyə nail olurlar. Təcrübəli müəllimlərin müvəffəqiyyə­ti­nin sirri şagirdlərin fəaliyyətini düzgün idarə еtmək bacarığındadır.

Pedaqoji ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəal­laş­dırmaq, onların qabiliyyətini, müstəqilliyini inkişaf etdirmək ba­ca­rığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müx­təlif metodlardan istifadə etməklə dərsdə şagirdləri düşünməyə, maraq­lanmağa istiqmətləndirməyi bacarır.

Müəllimin vəzifəsi öyrənmə prosesinin özündə müsbət emosi­yalar aşılamaq üçün yollar axtarıb tapmaqdır.
Bunlar аdi priyom­lardır: iş metodlarını dəyişmək, müəllimin emosionallığı, müəllimin fəallığı, maraqlı misallar, yerinə düşən iradlar və s.
Bu priyomlar təkcə müvəffəqiyyətlərə səbəb olmur, onlar müəllimə rəğbətin art­masına kömək edir, fənnə sabit, daimi maraq aşılayır.

Pedaqoji texnikanın tərkib hissələrindən biri müəllimin özü­nün və şagirdlərin diqqətini idarə temək bacanğıdır. Müəllim müx­təlif uşaq qrupları ilə işləyir, uşaqlar xeyli tədris əməliyyatı yerinə ye­­tirirlər ki, bütün bunlar müəllimin diqqətindən kənarda qala bilməz.

Müəllim üçün çox vacib olan keyfıyyətlərdən biri də şagirdin zahiri davranışına görə onun daxili vəziyyətini müəyyənləşdirmək bacarığıdır. Pedaqoji priyomlaрı seçən zaman bunu nəzərə almamaq olmaz. Şagirdin həqiqi psixoloji vəziyyətini hər zaman nəzərə al­maq pedaqoji məharətin əsasını təşkil edir və pedaqoji fəaliyyətdə mühüm yer tutur.

Pedaqоji hərəkətlərdə temp hissi pedaqoji texnikanın tərkib hissəsidir. Müəllimlərin bir çox səhvlərinin səbəblərindən biri budur ki, onlar tədris əməliyyatlarının tempini gözləmir, məsələlərin həl­lini pedaqoji cəhətdən düzgün ölçüb-biçmirlər. Bəzən müəllimlər tələsir, bəzən də gecikirlər, bu isə hər hansı bir halda pedaqoji təsirin səmərəsini aşağı salır.

Müəllimin şagirdlərə müraciəti həm xahiş, həm tənbeh, həm təq­dir, həm də əmr formasında ola bilər. Bütün bu hallarda müəllim həmişə öz "rolunu" düzgün oynamalı, səsinin tonuna, ahənginə fikir verməlidir.

Müəllim-pedaqoq öz səs tonunu məqamına görə özü idarə etməyi öyrənməli, pauzanı, duruşu, mimikanı, jestləri yerinə görə düzgün işlətməyi bacarmalıdır. A.S.Makarenko yazır: "Mən "Bura gəl" sözünü 15-20 çalarda deməyi öyrənəndən sonra, üzümün quru­lu­şunda, səsimin qoyuluşunda 20 incəliyi biləndən sonra pedaqoq oldum".

Bəzi Amerika pedaqoqları "Müəllim - şagird münasibət­ləri"ndə müəllimin "subyektiv" ünsiyyətinin xüsusiyyətlərini təhlil etmişlər. Müəyyən olunmuşdur ki, müəllimlər rəğbət göstərdikləri şa­girdlərlə daha çox ünsiyyət və münasibətdə olurlar. Biganə qaldıqları şagirdlər isə müəllimin diqqətindən kənarda qalır. Müəl­lim­lər "intellektual­lara", daha intizamlı, sözə baxan, icraçı şa­gird­lərə daha yaxşı mü­nasibət bəsləyirlər. Passiv şagirdlər ikinci yerdə durur. Müstəqil, fəal və özünə güvənən, tənqidi fikirlər söyləyən şagirdlər isə müəllimin hüsn-rəğbətindən demək olar ki, məhrumdurlar.

Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər üç tipə bölünür: "proaktiv" (fəal), "reaktiv" (az fəal), "sverxaktiv (çox fəal).

"Fəal" müəllim ünsiyyətin təşkilində təşəbbüskardır, şagird­lər­lə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti topladığı təc­rübəyə uyğun olaraq dəyişir. O, nə istədiyini bilir və öz hərəkətində nəyin məqsədə nail omlağa kömək göstərdiyini başa düşür. "Az fəal" müəllim öz xəttində, mövqeyində çevikdir, amma o, daxilən zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox, şagirdlər dik­tə edirlər. "Çox fəal" müəllim öz şagirdlərini yüksək qiymət­lən­dir­məyə və qeyri-real ünsiyyət modelləri qurmağa, yaradıcı fəaliyyət gös­tərməyə meyllidir.
Pedaqoji ustalıqda müəllimin başlıca silahı sözdür. Bundan başqa, onun ehtiyatında xеyli qeyri-verbal (nitqsiz) ünsiyyət vasitə­ləri də vardır.

1. Ekspressiv - mənalı hərəkətlər. Ekspressiv-mənalı hərə­kət­lər müəllimin davranışının özünün görmə orqanı vasitəsilə özünü müşaiyət etməsidir. Burada duruş, mimika, əl-qol hərəkəti, baxış, yeriş xüsusi rol oynayır. Tədqiqatçılar göztərirlər ki, məsələn, mü­əl­limin hərəkətsiz duruşu, yaxud müəllimin üzü görünməzsə, ya az görünərsə, şagirdlərə verilən informasiyanın 10-15 faizə qədəri itir.
 
Şagirdlər мüəllimin gözünə, baxışına çox həssasdırlar. Gözlərin vasitəsilə vəziyyət haqqında ən düzgün məlumatlar verilir, ona görə ki, göz bəbəklərinin daralması və genişlənməsi şüurlu nəzarətə tabe olmur. Müəllimin əsəbi, bədbin vəziyyəti bəbəkləri daralmağa məc­bur edir. Onun üzü mehriban, səmimi olmur, şagirdlər özlərini dis­kom­fort hiss edirlər, işin səmərəsi aşağı düşür.

Müəyyən olunmuşdur ki, müəllimin "qapalı" duruşu (bə­də­ni­nin ön hissəsini kürsü vasitəsilə, masa vasitəsilə örtməyə və mə­kan­da mümkün qədər az yer tutmağa çalışması və ya qollarını qoy-nuna qoyması, yaxud da oturaraq iki əlini çənəsinin altına da­ya­ması) inamsızlıq, etibarsızhq, razılaşmamaq, əks təsir göstər­mək, tənqid kimi başa düşülür.


"Sərbəst" duruş, təbii danışıq, jestlərdən, mimikalardan istifadə etmək, şagirdərlə göz təması yaratmaq etibar, inam, razılıq, xeyirxahlıq, psixoloji komfort kimi başa düşülür. Bütün bunları şagirdlər mexaniki olaraq qavrayırlar.

2. Prosodika və ekstralinqvistika (intonasiya, səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək). Səsin xarakteristikaları prosodik (nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sis­temi) və ekstralinqvistik (linqvistikadan kənar) hadisələrə daxildir. Şövq, ruh yüksəkliyi, sevinc hissləri adətən yüksək səslə deyilir. Narazılıq adətən yumşaq və batıq səslə deyilir.

Nitqin sürəti də müəllimin hisslərini əks etdirir. Həyəcanlılıq və ya rahatlıq sürətli nitqdə özünü əks etdirir.

Aramla, yavaş-yavaş danışmaq yorğunluq və ya təkəbbürlülük əlamətidir.

3. Takesik ünsiyyət vasitələri. Başı sığallama, toxunma, əl-ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aiddir. Sübut olunmuşdur ki, onlar xüsusi ilə tam olmayan ailələrdən olan uşaqlar üçün bioloji cəhətdən zəruri stimulyator formalarıdır. Şıltaq və ya inciyən uşağın başını sığallamaqla çox şeyə nail olmaq olur. Hər pedaqoqun buna ixtiyarı yoxdur. Bunu ancaq uşaqların etibarını qazanmış müəllimlər edə bilərlər. 

4. Proksemik vasitələr. Bunlara təlim zamanı müəllim və şa­girdlərin oriyentasiyası və оnlar аrаsında distansiya aiddir. Peda­qo­ji distansiyanın normaları aşağıdakı məsafələr kimi müəyyən olun­muşdur:
1) Müəllimin şagirdlərlə fərdi ünsiyyəti – 50 sm-dən 120 sm-dək; 2) sinifdə şagirdlərlə rəsmi ünsiyyət - 120-400 sm; 3) audi­to­ri­ya qarşısında çıxış edən zaman açıq ünsiyyət 400-750 sm.

Ünsiyyət distansiyasının müntəzəm dəyişməsi pedaqoji əmə­yin xüsusiyyətidir. Bu, müəllimdən dəyişən şəraitə dəfələrlə uyğun­laş­mağı tələb edir. 

Tapşırıq : Təqdim olunan plan əsasında müxtəlif mənbələrə istinad edərək icmal hazırlayın:

1.Cəmiyyətimizdə müəllimlik peşəsi.

2.Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri.

3. Görkəmli şəxsiyyətlər müəlimlik peşəsi haqqında.

4. Müəllimin pedaqoji qabiliyyətləri.

5. Pedaqoji peşənin prinsipləri.

6. Müəllimlik peşəsinə verilən pedaqoji tələblər.

7. Müəllim – şagird münasibətlərinin formaları.

8. Müəllim şagird münasibətlərində əməkdaşlıq növləri.

9. Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər.

10. Pedaqoji prosesdə müəllimin pedaqoji mərifəti.

11. Müəllimin pedaqoji ustalığı.
 

Müəllimin pedaqoji ustalığı

 





Загрузка...
Həmçinin oxuyun:
Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Müəllimlik peşəsində pedaqoji  bacarıq və vərdişlər

Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik  haqqında-

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik haqqında-

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər