AzTehsil.com


Xəbərlər / Cəmiyyət
31 avqust 2017
2 610


VMA rəhbəri 187 saylı məktəblə bağlı jurnalistlərə müraciət etdi



 

187 saylı məktəblə bağlı. Hər zaman istəyirik ki, mediamız inkişaf etsin, mediaya bir ara "pul qazanmaq" həvəsi ilə "təşrif" buyuran elementlər təmizlənsin. Bunun üçün dövlət müəyyən addımlar atdı. Mətbuat Şurası, jurnalistlərə ev, bəzi illərdə borclardan qurtulma və s. Amma hələ də, jurnalist peşəkarlığı, mədəniyyəti, niyyət şəffaflığı, medianın ictimai əhəmiyyətinin çəkisi problem olaraq qalır. Baxın, jurnalist səsyazma apararaq guya şikayətin daxil olduğunu bildirir. Ona hansı şikayətin, hansı fakt üzrə olması barədə sual verilir. O isə ümumi sözlərlə "ordan burdan cəm edərək" konkret fakt qoymadan çalışır ki, oxu atıb kaman gizlətsin və qarşı tərəfin hövsələsizliyinə nail olub bir, iki acı söz qopartsın. Və bəyan etsin ki, baxın, görün, filankəs necə guya "təhqir" etdi. Hörmətli jurnalist. 1. İlk öncə hansı məkana müraciət etdiyinizə baxın. Məktəb- məbəddir. 2. Daha sonra o məbədə necə daxil olması barədə müvafiq qayda və təlimatlara əməl edin. (Bakı şəhəri üzrə Təhsil İdarəsinin jurnalistlərin məktəblə münasibəti ilə bağlı müvafiq təlimatları). 3. Vətəndaşın səsyazısının dinlənilməsi barədə kimin hansı şəkildə səlahiyyətli olub olmaması və bundan razılıq alınması barədə qanunvericiliyi nəzərə alın, səsin yazıldığını bildirib icazə alın. 4. Suallarınızı keyfiyyətli seçin, bunun üçün də konkret faktlara və sənədlərə sahib olun. Heç bir halda çıxışı təhrif etməyin. Təhqirin nə olduğunu heç olmasa lüğət ilə ayırd edə bilin. 5. Məqsədiniz, niyyətiniz vəziyyətin yaxşılaşmasına doğru dəyişməyə nail olmaq, bununla da, təhsil məbədinə kömək etmək olsun. Məktəb haqqında, pedaqoq haqqında mənfi rəy yaratmaq və bunu tirajlamaq yox. 6. Hədəf seçdiyiniz obyekt və şəxs haqqında biraz doğurdan da, dəqiq araşdırma, əziyyət çəkib onun hansı mədəniyyət sahibinə, hansı təcrübəyə və nailiyyətlərə malik olduğunu sözün əsl mənasında öyrənin. 7. Rəsmi, yazılı müraciət qaydalarına yiyələnin. 8. Söhbət etdiyiniz şəxsi özünüzlə, yaradıcılığınız və təcrübənizlə sırf özünüz üçün müqayisə edin. Kiminlə danışdığınıza varın. 9. Əldə etdiyiniz nəticələri hədəf seçdiyiniz şəxsə göndərin. Ölçü götürülməsini xahiş edin. Nəticə olmadıqda ictimailəşdirin. Amma bunu elə edin ki, vəziyyəti dəyişməyə yönəlik pozitiv nəticəyə xidmət etsin. 10. Heç bir halda nəticələrinizi elə təqdim etməyin ki, təhsil məbədi, uzun illərin pedaqoqu haqqında cəmiyyətdə ani yanlış fikir formalaşsın. Yalnız bu hallarda siz əsl jurnalist kimi həm problemi işıqlandırar, həm də, cəmiyyətə fayda verə bilərsiz. Düzdür çətindir, amma bu peşənin incəliklərinə hörmət edən adam üçün şərəfdir. Qaldı səsyazısından "bomba effekti axtaran böyük təhqir" başlığı vermək və tirajlamaq artıq niyyətin mahiyyətini ağıllı adam üçün açır. Maştağa kəndi ağır ağsaqqalları olan sayılan kəndlərimizdəndir. Məktəbin müdiri Nailə xanıma da, heç vəzifə qalsın bir kənara, məhz milli ənənələrə sadiq ana, qadın kimi kənddə böyük hörmətə malikdir. Onu yaxından tanıyan insan isə hansı mədəniyyət, həssasiyyat və xeyirxahlıq sahibi olmasını bilir. Bəlkə də, o yazan xanım da, yaxından tanısa idi, peşman olub özü üzr istəyərdi ondan. Bizlərdə adətdir, biri söz atır, o birilər "şərh qəhrəmanları" na çevrilirlər. Sanki hamı bir nəfər kimi "qurbanlıq" axtarır, öz problemlərindən yığılıb qalan kin-nifrətini kiməsə "yükləmək" istəyir. Yəni beləmi acizləşmişik. Direktor kəlməsinə əhalidə o qədər aqressiya var ki, nahaqqın oduna haqq da, yanır. Bəlkə məhz bilik məbədinə, əsl pedaqoqlarımıza hücumları dayandıraq? Bəlkə nəhayət, bir məktəb götürüb onun nailiyyətlərindən də, əziyyətlərindən də, yaxşı müəllimlərindən, şagirdlərindən də yazaq? Sərf etmir? Düşünək. Bəlkə müəllimlərin nüfuzunun bərpasına kömək edək, düşməsinə yox? Mətbuatımız hələ görünür, çox ələk- vələkdən keçməlidir. Axı bizdə layiqli jurnalistlər də var. Nə deyirsiz? Güman edirəm bu tipli insidentlərin "törədənlərin niyyəti" bəlli olsa da, hər ziyanlı işdə bir xeyir gizlənib. Bunun da, bir xeyri o olsun ki, nəhayət ki, ictimaiyyətin, medianın diqqəti də, elə bu məktəbin timsalında digər məktəblərin də nailiyyətlərinə cəlb olunar.



Загрузка...
Həmçinin oxuyun:
Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Təhsildən yazmaq olar, amma...

Təhsildən yazmaq olar, amma...

Jurnalistin informasiya əldə etmək hüququna malik olması onun təhsil müəssisəsində istədiyini etməyə bəraət vermir

Jurnalistin informasiya əldə etmək hüququna malik olması onun təhsil müəssisəsində istədiyini etməyə bəraət vermir

Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !

Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

"Bunlar təmiz farsdırlar”-deyə azərbaycanlıları təhqir edən müəllimə işdən qovuldu

"Bunlar təmiz farsdırlar”-deyə azərbaycanlıları təhqir edən müəllimə işdən qovuldu

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

DƏYƏRSİZ MÜƏLLİMLƏR

DƏYƏRSİZ MÜƏLLİMLƏR

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”